Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2013

Azərbaycanlı vəhhabi tələbələrlə bağlı şok məlumat!

Ərəbistanda təhsil alan azərbaycanlı vəhhabi tələbələrlə bağlı şok məlumat!!!

Təəssüflər olsun ki, əksər valideynlər övladlarının radikal dini qruplaşmalara qoşulmasından və bu sahə üzrə təhsil almasından xəbərsizdirlər.


Xaricdə təhsil alan azərbaycanlı vəhhabi tələbələr barədə redaksiyamıza şok məlumat daxil olub. Sözügedən informasiyanı bu il həcc mərasimində olan və Mədinə şəhərində təhsilalan azərbaycanlı vəhhabi tələbələrlə görüşən zəvvarlar veriblər. Məlumatda bildirilir ki, hazırda Mədinə şəhərində 3 minə yaxın azərbaycanlı vəhhabi (sələfi) tələbə təhsil alırlar. Eyni halda Azərbaycandan həcc mərasiminə gedən sələfi zəvvarlar Mədinə şəhərində olduqları müddət ərzində 3 gün dərslərdə iştirak edərək oradakı tələbələrlə görüşüblər. Əlavə edək ki, buradan Mədinəyə yola salınan gənc azərbaycanlıların valideynlərinə “övladlarınız Mədinə İslam Universitetində tələbədir” , – deyə məlumat verilir. Təəssüflər olsun ki, əksər valideynlər övladlarının radikal qruplaşmalara qoşulmasından və bu sahə üzrə təhsil almasından xəbərsizdirlər. Son illər Suriya, İraq və Əfqanıstanda sözü gedən radikal qruplaşmalar tərəfindən həyata keçirilən cinayətləri və dəhşətli hadisələri nəzərə alsaq indidən Azərbaycanın hansı istiqamətə aparıldığını görmək elə də çətin deyil. Onu da bildirək ki, sözü gedən qeyri-ənənəvi cərəyanın nümayəndələri yarandığı gündən etibarən siyasi məqsədlər üçün yaranıb və hazırda da bu istiqamətdə istifadə edilir./qafqaz.ir/
5354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP