Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2024

İranın İsrailə qarşı hərbi əməliyyatlarının kəşfiyyat nailiyyətlərinin bir hissəsi

Fadi Quran İranın hərbi hücumunu və əldə etdiyi nailiyyətləri təhlil edib.

Yaxın Şərq və Şimali Afrika üzrə analitik Fadi Quran X sosial şəbəkəsində İranın sionist rejimə qarşı cavab hücumu ilə bağlı təhlilində yazıb:
Mənim təhlilim budur ki, İranın hücumunun miqyası, hədəf aldığı yerlərin müxtəlifliyi və istifadə etdiyi silahlar İsraili öz əlində olan Amerikanın raket əleyhinə texnologiyasının böyük hissəsini üzə çıxarmağa məcbur etdi.

İranlılar İsrailin tanımadığı heç bir silahdan istifadə etmədilər, sadəcə onların sayı çox idi. Amma yəqin ki, iranlılar indi İsrailin müdafiə sistemlərinin, eləcə də onların İordaniya və Fars körfəzindəki yerlərinin, demək olar ki, tam xəritəsinə malikdirlər.

Bu, İsrail üçün böyük strateji xərcdir.

Halbuki, Ərəb rejimləri, xüsusən də İordaniya krallığı indi öz xalqı tərəfindən Qəzzəni qorumaq üçün heç bir şey etmədiklərinə, ancaq İsraili qorumaq üçün əllərindən gələni etmələrinə görə tənqid olunurlar.

Üstəlik, nə ABŞ, nə də Ərəb rejimlərinin istəmədiyi regional müharibə təhlükəsi yarandığından onların İsrailə geri çəkilmək üçün təzyiqləri artacaq və atəşkəsi daha praktik edəcək.
2184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP