Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2024

Türkiyə: İsrailə qarşı bir sıra tədbirlər görəcəyik - Ərdoğan İsrailə silah yardımını dayandırır?

Türkiyənin qanına qəltan olan Qəzzə müsəlmanları qarşısında riyakarlığı davam etməkdədir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi sionist rejimin Qəzzənin məzlum əhalisinə Türkiyənin hava yardımı göndərməsinə qarşı çıxmasından sonra Təl-Əvivə qarşı bir sıra tədbirlər görüləcəyini açıqlayıb.
Türkiyənin "TRT" telekanalının saytı bildirib ki, H. Fidan Ankarada bu ölkənin Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında deyib: “Atəşkəs əldə olunana və İsrail Qəzzəyə fasiləsiz yardıma icazə verənə qədər İsrailə qarşı bir sıra tədbirlər görüləcək.”

Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən bu tədbirlərin təxirə salınmadan və addım-addım həyata keçiriləcəyini açıqlayıb.

Türkiyənin xarici işlər naziri ölkəsinin Qəzzəyə humanitar uçuşlarda iştirak etmək istədiyini, lakin İsrailin buna qarşı olduğunu bildirib.

Bəzi ekspertlərin fikrincə, Türkiyənin sionist rejimə Qəzzə müsəlmanları əleyhinə silah, yanacaq, ərzaq və digər mühüm məhsullar tədarükündə dayanmalar baş verməyəcək, amma digər məhsulların tədarükündə müvəqqəti təxirlər yarana bilər.
2215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP