Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2024

Yəmən ordusunun sionistlərə qarşı əməliyyatlarının miqyası Hind okeanına qədər genişlənir

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi sionist rejimin Qəzzada hərbi əməliyyatları dayandırılana qədər sionist rejimə aid bütün gəmilərin Qırmızı və Ərəb dənizlərində hədəfə alınacağını bəyan edərək Yəmənin bu gəmilərə qarşı əməliyyatlarının əhatə dairəsini Hind okeanına qədər genişləndirdiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii milyonlarla yəmənlinin Sənanın Əs-Səbin meydanında Qəzza xalqına dəstək yürüşü zamanı oxuduğunu bəyanatda əlavə edib: “Qırmızı dənizdə bir İsrail gəmisi və bir Amerika esminesi, Hind okeanında isə daha üç Amerika və sionist gəmisi Yəmən Silahlı Qüvvələrinin hədəfi olub.”

“İsrail rejiminin gəmilərinə və ya bu rejimlə əlaqəli gəmilərə qarşı hərbi əməliyyatlarımızın miqyasını genişləndirməyə başladıq”, - deyə bildirən Yəmən Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, sionist rejim Qəzzaya hücumlarını dayandırmayana qədər, biz də Qırmızı və Ərəb dənizləri və Hind okeanında İsrail rejiminin gəmilərinin hərəkətinə qarşı əməliyyatı dayandırmayacağıq.
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
10.04.24, 11:41
Go to TOP