Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2018

Türkiyənin baş naziri İrandakı iğtişaşlara münasibət bildirdi

Türkiyənin baş naziri İran İslam Respublikasının çox yaxşı sabitliyə malik olduğunu deyib.
Türkiyənin baş naziri Binəli Yıldırım şənbə günü hakim Ədalət və İnkişaf Partiyasının Kırşehirdə keçirilən 6-cı Konqresində İrandakı iğtişaşlardan danışıb.
“İranın sabitliyi və təhlükəsizliyi Türkiyə və region üçün çox önəmlidir.“, -deyən Binəli Yıldırım İran İslam Respublikasının daxili məsələlərinə istənilən xarici müdaxiləni tənqid edib.
Baş nazir “Əcnəbilərin müdaxiləsi İranda gərginlik yaratmaq və bu ölkəni təhlükəsizlik böhranına sürükləmək üçündür. Və İranın dini liderinin tərəfdarları bu kimi fitnələri zərərsizləşdirəcəklər.“, -deyə əlavə edib.
Türkiyənin baş naziri Ankaranın regionda sabitlik və təhlükəsizliyin tərəfdarı olduğunu, heç bir ölkənin gərginlik və böhrandan faydalanmadığını deyərək, bəzi çirkin niyyətə malik tərəflərin regiona tamah gözü ilə baxdığını bildirib.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP