Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Həqiqi həcc

Böyük şəxsiyyətlərdən olan Əbdülcabbar həccə yola düşür. Səfər üçün özü ilə 1000 dinar götürür. Kufəyə çatırlar. Karvan 2-3 gün orada qalmalı olur. Əbdülcabbar Kufəni gəzintiyə çıxır. Təsadüfən bir xarabalığa çatır.

Bir xanımın zibillikdə nəsə axtardığını görür. Zibbilliyin bir küncündə yerdə ölmüş murdar bir quş var idi. Onu götürb paltarının altında gizlədərək oradan uzaqlaşır!

Əbdülcabar öz özünə deyir: Şübhəsiz ki, bu xanım ehtiyaclıdır, amma ehtiyaclı olduğunu gizlədir. Xanımın vəziyyəti ilə maraqlanmaq üçün onun ardınca gedir.

Xanım evə çatanda uşaqlar onu dövrəyə alıb deyirlər: Ana, bizim üçün nə gətirmisən, acından ölürük!

Ana dedi: Mənim əzizlərim! Qəm yeməyin, sizin üçün quş gətirmişəm. İndi onu bişirəcəm.

Əbdülcəbbar bu sözləri eşitdikdən sonra onu ağlamaq tutur. Sonra yenə də qonşulardan o xanım haqda soruşur.

Deyirlər: Seyyidədir, Abdullah ibn Ziyad Ələvinin həyat yoldaşıdır. Ərini məlun Həccac öldürüb.

Onun yetim uşaqları var, amma peyğəmbər ailəsinin əzəməti ona kimnənsə nəsə istəmyə icazə vermir.

Əbdülcabbar öz-özünə deyir: Əgər həcc istəyirsən, burdadır. Fikirləşmədən 1000 dinarı o xanıma verir...

Əbdülcabbar həccdən gələnləri qarşılamağa gedir. Karvanın önündə dəvədə oturan kişi Əbdülcabbarı görən kimi dəvədən yerə düşüb deyir: Ey kişi! Ərəfatda mənə verdiyin 10 min dinar borcu qaytarmaq üçün səni axtarırdım. İndi gəl 10 min dinarını götür! Əbdülcabbar çaşqınlıq içində 10 min dinarı alır. Əbdülcabbar o şəxsdən həqiqəti soruşmaq istəyirdi, lakin o bir anın içində insanların arasında yox oldu.

Bu vaxt bir səs eşidir: Ey Əbdülcabbar! 1000 dinarının əvəzinə 10 min dinar verdik. Sənin simanda mələk yaratdıq ki, sənin əvəzində həcci yerinə yetirsin. Nə qədər ki, sağsan, sənin üçün hər il həcc ziyarəti yazılacaq. Bil ki, heç bir yaxşı iş Bizim dərgahımızda puç olmaz...

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


5876 بازدید
در حال ارسال اطلاعات...