Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Hafiz Hacıyev kimə "torba tikmək" istəyir?

Hafiz Hacıyev: “Məni öldürmək istəyirlər”
Keçmiş prezidentliyə namizəd bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib

Müasir Müsavat Partiyasının (MMP) sədri, keçmiş prezidentliyə namizəd Hafiz Hacıyevin həyatı üçün böyük təhlükə var. Bu barədə partiya sədri özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, hər gün naməlum insanlar tərəfindən izlənir. Hər gün narahat edildiyini deyən H.Hacıyev iddi edir ki, hansısa qüvvələr onu təhdid edir.

Telefonuna gələn zənglər, təhqiramiz mesajlar və elektron ünvanına yazılmış hədələyici ifadələr H.Hacıyevi hüquq-mühafizə orqanlarına müraciət etməyə vadar edib.

“2-3 gün öncə partiyanın qərargahına iki şübhəli şəxs gələrək təşkilata üzv olmaq istədiklərini dedi. Onların hərəkətlərindən şübhələnən partiya funksioneri bu haqda hüquq-mühafizə orqanlarına xəbər verib. Araşdırmalar zamanı onların cibindən silah çıxıb. Bundan başqa, mənim evimi də tanımadığım şəxslər izləyir. Bilə-bilə avtomobilimi vurub əziblər ki, mən qəzada ölüm. Həyatım üçün təhlükə olduğunu hiss edirəm”, - deyə Hafiz Hacıyev bildirb.

Keçmiş prezidentliyə namizəd həmçinin özü üçün cangüdən tutduğunu da bildirib: “Düzdür, özümə bir neçə nəfər yaxın adam götürmüşəm ki, məni qorusunlar. Lakin əlisilahlı şəxslər mənə hücum etsələr, onlar nə edəcək? Sadəcə tək gəzmək istəmirəm. Ümid edirəm ki, hüquq-mühafizə orqanları mənim həyatıma son qoymaq istəyən qüvvələri ifşa edəcək”.


5954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP