Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2024

İran ilk nəqliyyat təyyarəsini sınaqdan keçirdi

İranın Təyyarə İstehsalat Şirkətinin (HESA) mütəxəssisləri tərəfindən hazırlanmış yeni İran yüngül nəqliyyat təyyarəsi “Simurq” sınaq uçuşunu uğurla başa vurub.

Bu barədə “Mehr” məlumat yayıb.

Mifologiji quşun adını daşıyan “Simurq” turbovintli hərbi nəqliyyat təyyarəsi çərşənbə günü Fars körfəzinin şimal-şərqindəki Kiş adasında keçirilən “İran Airshow 2024” kimi tanınan 12-ci İran Beynəlxalq Aerokosmik Sərgisi zamanı sınaqdan keçirilib.

“Bu təyyarə Müdafiə Nazirliyi və (yerli) yüksək texnologiyalı firmalar tərəfindən beynəlxalq standartlara və qaydalara uyğun dizayn, inkişaf və istehsal edilib”, - İranın müdafiə naziri briqada generalı Əmir Nəsirzadə bildirib.


843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP