Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2024

İşğalçı İsrail Suriya ərazisinə soxulub

Sionist İsrail rejim kabinetinin Suriyanın Cəbəl əl-Şeyx bölgəsinin işğalına və bu bölgədə bufer zonanın yaradılmasına razılıq verməsi ilə eyni zamanda media mənbələri sionist rejim ordusunun Suriya ərazisinin bəzi bölgələrini işğalı etməsi barədə məlumat yayıb və işğalçı qüvvələrin Quneytərəyə hücumunu əks etdirən görüntülər dərc ediblər.

Əl-Cəzirə sionist rejimin hərbi maşınlarının 1974-cü ildən bəri ilk dəfə olaraq Suriyanın cənub bölgələrinə girdiyini açıqlayıb.

Bəzi KİV-lər sionist rejimin Suriya torpaqlarının 14 kilometr dərinliyinə nüfuz etdiyini bildiriblər.

Media mənbələri sionist rejim ordusunun Suriyanın Quneytərə bölgəsinə sızmasının görüntülərini də dərc edib.

Bununla bağlı sionist rejim ordu radiosu da elan edib ki, bu rejimin kabineti Suriyanın Cəbəl əl-Şeyx bölgəsinin işğalına və bu bölgədə bufer zonanın yaradılmasına razılıq verib.


829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP