Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2024

Ənsarullah lideri: Qəzzə İsrail və Amerika silahlarının laboratoriyasına çevrilib

Yəmən İnqilabının və Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi deyib: “Sionist rejim və Amerika Qəzzə zolağını öldürücü silahlarının sınaq meydanına çeviriblər.”

Seyid Əbdülməlik əl-Husi Qəzzə zolağında ağır və acınacaqlı humanitar vəziyyətə, humanitar yardımın dayandırılmasına, sionist mühacirlərin İordan çayının qərb sahilində fələstinlilərə hücumlarına və onların müqəddəs yerlərə və Məscidül-Əqsaya hörmətsizlik etmələrinə toxunaraq deyib: “Trampın sionist məhbusların azad olunmayacağı təqdirdə Qəzzəni cəhənnəmə çevirməklə hədələməsi Amerikanın fələstinlilərə əhəmiyyət vermədiyini göstərir.”

Əl-Husi əlavə edib: “Sionist düşmən Qəzzə zolağının əhalisini aclıqdan öldürməkdən soyqırım aləti kimi istifadə edir.”

“Amerika sionizmin o biri üzüdür və Amerika ilə İsrail rejiminin cinayət əməlləri oxşardır” - deyə, o, bildirib.

Ənsarullah lideri qeyd edib ki, Fələstin xalqının iztirabları Amerikanı maraqlanmır.

Yəmən inqilabının rəhbəri deyib: “Latın Amerikası ölkələrinin Fələstini dəstəkləyən mövqeləri əksər Ərəb hökumətlərinin mövqelərindən qat-qat yüksəkdir.”


843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP