Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2024

Oxuduğu məktəbə hücum etdi, 8 nəfəri öldürdü

Çinin şərqindəki Tszyansu əyalətinin Yixing şəhərindəki peşə məktəbinə bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə “Sinxua” polis rəsmilərinə istinadən məlumat yayıb.

Hücum yerli vaxtla saat 18:30 radələrində Vuxi İncəsənət və Texnologiya Peşə İnstitutunda baş verib.

Yixing İctimai Təhlükəsizlik Bürosunun yaydığı açıqlamaya görə, Xu soyadlı 21 yaşlı şübhəli hadisə yerində yaxalanıb və cinayəti etiraf edib.

Polisin məlumatına görə, məktəbi bu il bitirən Xu imtahanlarda uğursuzluğa düçar olduğu və buraxılış şəhadətnaməsini almadığına görə qəzəblənib və məktəbə qayıdaraq bu cinayəti törədib.


949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP