Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2024

Qəzzə müharibəsi İsrail iqtisadiyyatını çökdürüb

Sionist rejimin iqtisadi ekspertləri Qəzzə zolağına qarşı müharibə nəticəsində bu rejimin iqtisadiyyatının iflasa uğradığını bildiriblər.

İşğal olunmuş Fələstin torpaqlarında ümumi daxili məhsulun artımı iqtisadiyyatın kiçilməsi və investisiyaların azalması səbəbindən məyusedici mərhələyə çatıb.

Sionist mediası bildirib ki, statistika mərkəzinin yaydığı məlumatlara əsasən, aprel-iyun dövrü ilə müqayisədə sionist rejimin iqtisadiyyatı kiçilib və ixrac da kəskin şəkildə azalıb.

Statistika mərkəzinin açıqladığı ilkin məlumatlara əsasən, sionist rejimin iqtisadiyyatı ilin ikinci rübündə çox yavaş bir yüksəliş meyli ilə üzləşdi. Çünki Fələstin müqaviməti ilə 11 aya yaxın davam edən müharibə ixrac və investisiya sektoruna böyük ziyan vurub.


2196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP