Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2024

Sionist rejimin fələstinli qarşı vəhşilikləri davam edir - 13 şəhid

Sionist rejim Qəzzə zolağında fələstinlilərinə qarşı soyqırım cinayətinin davamında fələstinli qaçqınların sığındığı bir məktəbi və bir neçə çadırı hədəfə alıb.

Sionist rejim fələstinlilərə qarşı törətdiyi son cinayətdə fələstinli qaçqınların sığındığı bir məktəbə və bir neçə çadıra hücum edib. Bu cinayət nəticəsində 13 fələstinli şəhid olub.

Səhiyyə mənbələri bildiriblər ki, Qəzzənin qərbində yerləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə bağlı "Səlahəddin" məktəbinin bombalanması nəticəsində 5 fələstinli qaçqın şəhid olub, bir neçəsi nəfər isə yaralanıb.

Həmçinin sionist rejimin Qəzzənin cənubunda Xan Yunisin şərqində yerləşən Bəni Süheylədə qaçqınlar üçün nəzərdə tutulan çadıra hava hücumu nəticəsində 2-si uşaq, 5-i qadın olmaqla 7 fələstinli şəhid olub.


2229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP