Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2024

Təhlükəsizlik mükafatçısı: Dəmir günbəz İranın bir raketini belə vura bilmədi

Uçuş və kosmos mühəndisliyi üzrə mütəxəssis və sionist rejimdə təhlükəsizlik mükafatının sahibi Moti Şifer sionistlərin qorxusunu daha da artıran açıqlamasında deyib: “Dəmir günbəz dünyanın indiyədək gördüyü ən böyük yalandır.”

Şifer əlavə edib: “Apreldə hücum zamanı Dəmir günbəzdən 500 raket atılsa da, İsrailin müdafiə sistemi İranın bir raketini belə vura bilmədi. İsrail ordusunun sözçüsü ya yalan danışır, ya da heç nədən xəbəri yoxdur.”

Sionist ekspert daha sonra deyib: “Apreldə baş verənlər (Doğru Vəd əməliyyatı) iranlıların təəccüblü şəkildə kiçik partlayıcılardan istifadə etdiyi bir manevr idi.”
Digər tərəfdən, sionist rejim ehtiyat qüvvələrinin yüksək səviyyəli zabitlərindən olan general Kobi Marum da sionist rejimin 12-ci kanalına deyib: “İranın Dəməşqdəki konsulluğuna hücuma reaksiyası çox təhlükəli idi. Bu hücum İsrail kəşfiyyatının hesablamalarının qeyri-dəqiqliyini göstərdi. İranın raket hücumuna İsrailin cavabı kiçik oldu. Hazırda İran və müqavimət oxunun nümayəndələri Tehranın ortasındakı birgə əməliyyat otağında oturub İsrailə hücum etməyi planlaşdırır.”

Sionist general etiraf edib: “İranlılar ilk raketi atmazdan əvvəl nailiyyətlər əldə etdilər; aşınma, israillilər arasında çaxnaşma yaratmaq və iqtisadi ziyana uğratmaq.”


2279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP