Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2024

Hizbullahın hücumlarının yeni mərhələsi - Sionist rejimin 4 bazası hədəfə alındı

Bu gün günortadan sonra media mənbələri xəbər veriblər ki, Livan Hizbullah Hərəkatı sionist rejim ordusunun dörd bazasını və bir sionist qəsəbəsini hədəfə alıb.

Livan Hizbullahı bəyanat yayaraq, işğal altındakı Şəba bölgəsində Zabdin bazasını uyğun silahlarla birbaşa və dəqiq hədəfə aldığını açıqlayıb.

Hizbullah həmçinin bildirib ki, sionist rejimin Livanın cənubundakı kənd və şəhərlərə qarşı təcavüzünə cavab olaraq, Əl-Mərc bazasında düşmən əsgərlərinin toplaşdığı yerləri, eləcə də Ruysat Ələm bazasını raketlərlə birbaşa hədəfə alıb.

Livan İslami Müqaviməti digər bir bəyanatda Zareyət qərargahını uyğun silahlarla hədəf aldığını açıqlayıb./ina/


1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 13:41
28.03.24, 09:28
Putin: Əgər F-16...
20.03.24, 09:23
Bayramınız mübarək
Go to TOP