Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2024

Buddist rahib Ərbəin Dünya Mükafatının qalibləri arasında

9-cu Ərbəin Dünya Mükafatının keçirildiyi gün heç kimin ağlına belə gəlməzdi ki, buddist rahib bu tədbirin qaliblərindən biri ola bilər. Amma “Kalupuhana” İmam Hüseyn (ə) və Ərbəini bir cümlə ilə ümumiləşdirir və deyir: “Kərbəlaya səfər edən və Ərbəinin ruhunu görən hər kəs tamamilə dəyişmiş bir insan olur.”

Müsəlman deyiləm, amma Kərbəla və Ərbəin ziyarətini yaşamaq lazımdır
Buddist rahib Şri-Lankanın qəlbində mükafatlandırıldı. Buddist, hindu, xristian və müsəlman din xadimlərinin toplandığı mərasimdə Kalupuna Şri-Lankanın paytaxtında Kərbəlanın əzəmətindən danışaraq dedi: “Mən müsəlman deyiləm. Amma deyirəm ki, Kərbəla və Ərbəin yürüşünü yaşamaq lazımdır.”

Buddist rahib deyir:
Kərbəlaya çatana qədər İmam Hüseyn haqqında məlumatım bir kitaba əsaslanırdı. Mənə 2022-ci ilin martında və 2023-cü ilin martında Ərbəin günlərində İmam Hüseyni (ə) ziyarət etmək üçün iki dəfə Kərbəlaya səfər etmək nəsib oldu. Nəcəf və Kərbəlanı görəndə şoka düşdüm. Mənəviyyatlı geniş insan dənizi. Dünyanın hər yerindən milyonlarla insan eyni istiqamətə gəlirdi.

Başqalarının zəhmətini biz çəkək
Kərbəlaya səfər edən və Ərbəin ruhunu görən hər kəs tamamilə dəyişmiş insan olur. Kim Kərbəlaya gedirsə, başqalarının dərdini, əzab-əziyyətini öz çiyinlərinə almaq istəyən bir insan olur, mərhəmətin, səxavətin, ədalətin, fədakarlığın nə olduğunu çox dəqiq dərk edir.

Qərb mediasının riyakarlığını anladım
Kərbəla səfəri zamanı mənim üçün ən maraqlı məqamlardan biri də qadınların bu yürüşdə iştirakı oldu. Qadınlar azadcasına yürüş edir, bayraqlar dalğalandırır və şüarlar səsləndirirdilər. Ərbəin yürüşünü görəndə qərb mediasının riyakarlığını anladım.

Kərbəla və Ərbəin bəşəriyyət üçün ədalət və ləyaqət yolunu göstərir
Ərbəin Dünya Mükafatı tədbirinin münsifləri Buddist rahib Kalupunanın səyahətnaməni dinləyərkən göz yaşlarını saxlaya bilmirdilər.
O isə öz səyahətnaməsində Kərbəla və Ərbəini belə təsvir edir:
Kərbəla və Ərbəin bəşəriyyət üçün ədalət və ləyaqət yolunu göstərir. Nəcəfdən Kərbəlaya gedən yol piyadalar üçün əlverişli yol olmasa da, zülmdən qurtuluş yoludur, ədalət və azadlıq yoludur. Kərbəla və Ərbəin yürüşü mənə dünya istəkləri olmadan dünya üçün çalışmaq cəsarəti verdi. Dünyanın xeyrinə bir iş etmək istəyən hər kəs Kərbəlanı ziyarət etməli və İmam Hüseynin ruhunu təcrübə etməlidir.

Ərbəin Dünya Mükafatı tədbiri
9-cu Ərbəin Dünya Mükafatı: foto, film, səyahətnamə, virtual məkan fəalları və kitab olmaqla beş kateqoriya üzrə keçirilib. 532 iştirakçıdan foto, film və səyahətnamə olmaqla üç kateqoriyada 4 min 732 əsər, o cümlədən 424 fotoqrafdan 4560 əsər, 65 rejissordan 131 film, 26 rəvayətçidən 41 əsər, həmçinin 4000-dən çox virtual səhifədə 8400 dərc edilmiş məzmun və 86 adda kitab Ərbəin Dünya Mükafatının katibliyinə daxil olub. Münfislər heyəti hər bölmə üzrə qalibləri elan edib. Səyahətnamə kateqoriyasında buddist rahibin səyahətnaməsi seçilib.


1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP