Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2024

İsrail mallarını daşıyan yük maşınlarının qarşısında iordaniyalıların insan zənciri

“Əl-Cəzirə” telekanalının bildirdiyinə görə, İordaniya Gənclər İcması müqaviməti dəstəkləmək üçün bəyanat yayıblar.
İcma bu bəyanatda İordaniya vətəndaşlarını Qəzza zolağının məzlum sakinlərinə dəstək olmaq üçün humanitar zəncir yaratmaqda iştirak etməyə çağırıb.

Bəyanatda vurğulanır: “İnsan zənciri bu çərşənbə günü İsrail mallarını daşıyan yük maşınlarının yolunda formalaşacaq.”

Qeyd edək ki, İordaniya vətəndaşları bir neçə dəfə sionist rejimlə münasibətlərin normallaşdırılması müqaviləsinin ləğvi tələbi ilə nümayişlər keçiriblər.

Bu yaxınlarda İordaniyanın paytaxtı Əmmanda minlərlə insan sionist səfirliyi qarşısına toplaşaraq Fələstin xalqına dəstəklərini bəyan ediblər, sionist rejimin Qəzzada törətdiyi cinayət və qətlləri pisləyərək nümayiş keçiriblər. Bu nümayişdə iordaniyalılar Qəzzada müharibənin dərhal dayandırılmasını və bu rejimin Rəfaha hücumunun qarşısının alınmasını tələb ediblər.


1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP