Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2024

Associated Press: İranlılar İnqilabın 45-ci ildönümünü bayram etdilər

İran İslam İnqilabının 45-ci ildönümünün qeyd edilməsində ölkə boyu milyonlarla insanın izdihamlı iştirakı xarici medialarda işıqlandırılıb.

O cümlədən “Associated Press” bildirib ki, minlərlə iranlı bu gün (bazar günü) İslam İnqilabının Qələbəsi münasibətilə öz şəhərlərində bayraqlar, şarlar və parça yazılarla bəzədilmiş küçələrə axışaraq, inqilabi və dini şüarlar səsləndirdilər və yürüş keçirdilər.

Associated Press qeyd edib ki, bu il 22 Bəhmən yürüşü Qəzza müharibəsinin davam etməsi səbəbindən Qərbi Asiyada gərginliyin artdığı bir vaxtda keçirilir.

Amerikaya aid xəbər agentliyi daha sonra Tehranda İnqilab bayramı yürüşünü xüsusi qeyd edərək yazıb ki, Tehran əhalisi İran İslam Respublikasının bayrağını dalğalandıraraq, əllərində “Amerikaya ölüm” və “İsrailə ölüm” yazılmış plakatlar qaldırıblar və şüarlar səsləndiriblər.


1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP