Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2024

Pakistanda silahlı şəxslər seçki məntəqəsinə hücum etdi: polis öldürüldü

Pakistan mediaları silahlı şəxslərin bu ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətinin Tank sərhəd bölgəsində seçki məntəqəsinə hücumu nəticəsində bir polis əməkdaşının öldüyünü bildiriblər.

Pakistan polis qüvvələri atışma hadisəsindən sonra bu seçki məntəqəsində səsvermə prosesinin hələlik dayandırıldığını açıqlayıb.

Şahidlərin sözlərinə görə, bu hücumda naməlum silahlı şəxslər seçki məntəqəsinə daxil olaraq təhlükəsizlik əməkdaşına atəş açıblar və o, dərhal dünyasını dəyişib.

Pakistan Daxili İşlər Nazirliyi seçkilərin keçirilməsi və həmçinin təhlükəsizlik səbəbi ilə ölkə ərazisində mobil telefon xidmətlərinin müvəqqəti olaraq dayandırılacağını açıqlayıb.


1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP