Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2024

Avropa nümayəndəsi: İnsanları öldürən İsraildir, yəmənlilər yox!

“Husilərin (Səna hökuməti) Qırmızı dənizə humanitar müdaxiləsi heç kəsi öldürməyib, amma İsrailin Qəzzada törətdiyi soyqırım minlərlə günahsız dinc insanın ölümünə səbəb olub.”

Bu sözləri dünən Avropa Parlamentinin İrlandiya nümayəndəsi Mik Uolles Aİ Parlamentində səsləndirib.
Uolles Yəmənin Qırmızı dənizdə qaniçən sionist rejim gəmilərini hədəfə almasına toxunaraq əlavə edib: “Onların səyi Qəzza soyqırımına son qoymaq üçündür.”

Avropalı nümayəndə fələstinliləri qətliam etməkdə sionist rejimə dəstək verən Avropa İttifaqını, eləcə də Qəzza əhalisinə qarşı soyqırımı dayandırmağa çalışan Yəmən qüvvələrinə hücum edən Amerika və İngiltərəni sərt tənqid edərək deyib: “İsrail rejiminə hücum etmək əvəzinə husilərə hücum etdilər. Çünki (fələstinlilərə qarşı) soyqırımı dəstəkləyirlər. Avropa İttifaqına ayıb olsun!”

ABŞ və İngiltərənin hücumu zamanı 6 yəmənli əsgərin həlak olmasına işarə edən Uolles deyib: “Qərb dövlətləri malların daşınmasını təmin etmək üçün qırğına, öldürməyə hazırdırlar. Həmin Qərb dövlətləri İran, Suriya və Venesuelada sanksiyalarla minlərlə insanı öldürdülər.”


1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP