Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2024

Ayn əl-Əsəd bazasına 10 raket zərbəsi endirildi

Xəbər telekanallarından biri bu gün İraqdakı Amerika hərbi bazasına edilən hücumlara işarə edərək bildirib: “İraq islami müqavimətinin Ərbildəki Ayn əl-Əsəd hərbi bazasına hücumunda bu bazaya 10-dan çox ağır raket zərbəsi endirilib.”

İRNA-nın şənbə günü verdiyi məlumata görə, “Əl-Məyadin” xəbər kanalı öz mənbələrinə istinadən Ayn əl-Əsəd bazasına hücum barədə bildirib: İlkin qiymətləndirmələrə görə, Ayn əl-Əsəd bazası bir neçə istiqamətdən ağır raketlərlə hədəfə alınıb.

Bu mənbələr məlumat verib ki, ən azı 10 raket Ayn əl-Əsəd bazası və Amerika qüvvələrinin yerləşdiyi hissələrin ətrafına dəyib, bir neçə raket isə izlənilib.

Mənbələr həmçinin qeyd ediblər ki, bu hücum və nəticədə baş verən partlayışlar Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri Amerika bazalarına edilən hücumların ən şiddətlisi olub.

Bununla bağlı “Reuters” amerikalı rəsmiyə istinadən iddia edib: Amerika qüvvələrinin yerləşdiyi Ayn əl-Əsəd bazasına bugünkü hücumda ballistik raketdən istifadə edilib.


1959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP