Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2024

Livan Hizbullahı üç sionist bazasını hədəfə aldı

Livan Hizbullah Hərəkatı bu gün (bazar ertəsi) işğalçı sionistlərin işğal olunmuş Fələstin ərazilərinin şimalında yerləşən üç hərbi bazasını raket hücumları ilə hədəfə alıb.

İRNA-nın Livan KİV-lərinə istinadən verdiyi məlumata görə, Hizbullah qüvvələri raket hücumları ilə Əl-Mutla, Barka Rişa və Ramim hərbi bazalarını hədəfə alıblar.

Livan Hizbullah Hərəkatının yaydığı bəyanatda deyilir: “İslami müqavimət qüvvələrinin Fələstin xalqının Qəzzada müqavimətinə dəstək məqsədilə bazar ertəsi saat 14:00-da sionist işğalçı qüvvələrinin Ramim hərbi bazasında toplaşdığı yeri raketlə hədəfə alıblar və bu hücumda düşmən qüvvələri canlı itkiyə məruz qalıb.

Livan mediaları da müqavimət qüvvələrinin sionist rejimə aid Əl-Mətla və Barka Rişa bazalarına raket hücumu ilə bağlı xəbərlər yayıb.

Bu xəbərlərə əsasən, Livan müqaviməti Barka Rişa bazasına hücumda Barakat raketindən istifadə edib.


2011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP