Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2024

Vaşinqton Araşdırmalar Akademiyası: HƏMAS və Hizbullahın sevimliliyi artıb

“Əl-Məyadin”-in bildirdiyinə görə, ABŞ-dakı “Vaşinqton Araşdırmalar Akademiyası” bir hesabatda müqavimət hərəkatlarının, o cümlədən Livan Hizbullahı və HƏMAS hərəkatının populyarlığını təhlil edərək yazıb: “Son sorğulara görə, Livanda Hizbullahın populyarlığı artıb və Livan cəmiyyəti də Fələstinin islami müqavimət hərəkatı HƏMAS-a daha çox dəstək nümayiş etdirib.”

Bu hesabata əsasən, Livan xalqının böyük əksəriyyəti (99 faiz) hesab edir ki, ərəb hökumətləri bu rejimin Qəzzada hərbi əməliyyatlarına etiraz olaraq sionist rejimlə bütün rabitə kanallarını dərhal bağlamalıdırlar.
Bu sorğunun nəticələri göstərir ki, Livan xristianlarının 54%-i çoxlu sayda fələstinlinin şəhid olmasına və Qəzzada böyük həcmdə dağıntılara baxmayaraq Qəzza müharibəsinin Fələstin xalqının, ərəblərin və müsəlmanların qələbəsi olduğuna inanır.

Vaşinqton Akademiyası qeyd edib ki, Livan xalqının ictimai rəyi Amerikaya qarşı əhəmiyyətli dərəcədə dəyişib, onlar Amerikadan uzaqlaşıb, başqa güclərə üz tutublar. Həmçinin, son iki ildə Livanın Amerikaya arxalana bilməyəcəyinə inananların sayı xeyli artıb və onlar hesab edirlər ki, Livanın ticarət ortağı kimi daha çox Rusiya və ya Çinə meylli olmaq lazımdır.


1938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP