Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2023

Politico: Pentaqonun Yaxın Şərqdəki qüvvələrini gücləndirmək üçün pulu yoxdur

"Paltico" jurnalı çərşənbə axşamı bildirib ki, ABŞ Müdafiə Nazirliyinin Qərbi Asiya regionunda hərbi mövcudluğunu gücləndirmək üçün kifayət qədər maliyyə resursları yoxdur.
ABŞ-ın Qəzza müharibəsində sionist rejimə hərbi yardımına toxunan Paltico yazıb ki, Konqresdə yeni il üçün hərbi büdcənin təsdiqi ilə bağlı konsensusun olmaması bununla bağlıdır. Pentaqonun bu ilin yeni büdcəsi hələ təsdiq olunmadığı üçün hazırda son maliyyə ilinin büdcəsində məhdud miqdarda vəsait ayrılıb.
Daha sonra Politico ABŞ ordusunun sözçüsü Kris Şervuda istinadən yazıb: “Yaxın Şərqdəki vəziyyət fövqəladə tədbirlər tələb edir ki, Pentaqon digər sahələrə ayrılan vəsaitləri azaltmalı və onu qüvvələrin hazırlanması, yerləşdirilməsi və təlimi üçün xərcləməlidir.”
Şervud bu səbəbdən ABŞ Müdafiə Nazirliyinin bir sıra tədbirlərinin ləğv olacağını da istisna etməyib.


2227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP