Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2023

İranla Azərbaycan arasında münasibətlər... - Kənani

İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və sairə sahələrdə əməkdaşlıq mövcuddur.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında münasibətlər müsbət istiqamətdədir:

“İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə müzakirələr aparılır və bu müzakirələr qənaətbəxşdir. İran iki ölkə arasında əməkdaşlığın müştərək mənafe çərçivəsində davam etməsinə nikbin yanaşır. Hər iki tərəfdə bu iradə mövcuddur”, - deyə o qeyd edib.


1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP