Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2023

Sərdar Qaani: Bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı sərdar İsmayıl Qaani HƏMAS-ın hərbi qolu olan Şəhid İzzəddin Qəssam Batalyonlarına müraciət ünvanlayıb.

Bu müraciətdə deyilir: “Siz “Əl-Əqsa Tufanı” adlı böyük bir qəhrəmanlıq səhnəsi yaratdınız ki, bu qəhrəmanlıq Allahın köməyi və Qəzzədəki Əl-Qəssam Batalyonları və müqavimət mücahidlərinin əli ilə həyata keçirildi. Siz qəsbkar sionist rejimin zəifliyini açıq şəkildə göstərdiniz, praktiki və qəti şəkildə sübut etdiniz ki, sionist rejim hörümçək torundan da zəifdir.

Sərdar Qaani müraciətinin davamında vurğulayıb: “Fələstin və bölgə Əl-Əqsa Tufanından sonra əvvəlki kimi olmayacaq. Düşmənin qoşunlarına və zirehli texnikasına qarşı müqavimət hücumları Qəzzə müqavimətinin təşəbbüs və yeniliklərə qadir olduğunu hər kəsə sübut etdi.”

Qüds Qüvvələrinin komandanı əlavə edib: “Qardaşlarınız Beytül-Müqəddəsdə və müqavimət cəbhəsində sizinlə birgədir və onlar düşmənin Qəzza və Fələstində öz çirkin məqsədlərinə çatmasına imkan verməyəcəklər. Biz, bizi birləşdirən qardaşlıq əhdimizə sadiqik.”

O vurğulayıb: “Sizi əmin edirik ki, bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik.”/irna/


1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP