Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2023

Ənsarullah lideri: Amerika dünyada fəsadın bayraqdarı və Bayden homoseksuallığın dəstəkləyicisidir

“Əl-Məsirə” telekanalının məlumatına görə, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi Zilhiccə ayının gəlişini təbrik edərək vurğulayıb: “Bu gün insanlıq və bəşəri dəyərlər sionist lobbisi tərəfindən hədəfə alınıb.”

Əbdülməlik vurğulayıb: “Amerika hökuməti fəsadı yaymağa və onu bəşəriyyətə ötürməyə çalışır və sionist lobbisi qərb ölkələri ilə birlikdə bütün sahələrdə bütün imkanlarından istifadə edərək bəşəriyyəti fəsada çəkməyə çalışır, beləliklə, insanlar üzərində nəzarətə və onların əsarətinə yol açmaq istəyir.”

O deyib: “Amerika açıq və həyasızcasına fəsad bayrağını əlinə alıb. Bu ölkənin prezidenti Co Bayden isə homoseksuallığı təbliğ edir və bu fasid fikirləri yaymağa çalışır. Amerika prezidenti homoseksuallığa siyasi və hüquqi dəstək verir və bunu dünyanın başqa ölkələrinə də sırımağa çalışır.”

Ənsarullah Hərəkatının lideri qeyd edib ki, fəsadı yaymaq, əxlaqı və insani dəyərləri məhv etmək, insanları iman fitrətindən, insanlara fayda verən, bəşəriyyəti qoruyan dini təlimlərdən uzaqlaşdırmaq üçün hədəfə almağın ən pis formasıdır.


2039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP