Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2022

Yəmən ordusu Məaribdə daha bir bölgəni işğaldan azad etdi

Yəmənin “Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəmən ordusu və xalq komitələri təcavüzkar Ərəbistan-BƏƏ koalisiyasına qarşı əməliyyatlarda Məaribdə yeni strateji bölgəni işğaldan azad edib.
Məaribin düşmən tapdağından tam azad edilməsinə bir addım da yaxınlaşmış Yəmən ordusu dünən Beləquş-şərqi dağları və Fəleyhədəki mövqelərindən işğalçı koalisiyanın Vadi Übeydə ətrafındakı mövqlərinə hücuma keçib.

Tərəflər arasında şiddətli döyüşlərdən sonra yəmənli qüvvələr İrq Muəzzəz strateji bölgəni işğaldan azad ediblər.
Ərəbistan-BƏƏ Səna qüvvələrinin irəliləməsini dayandırmaq məqsədilə öz vəhşiliklərini bir daha sübut edərək Sənada dinc əhaliyə qarşı hava hücumları ediblər.

Yəmən ordusu təzə azad etdiyi İrq Müəzzəz istiqamətindən təcavüzkar koalisiyanın Berul-iqar bölgəsində yerləşən mövqelərinə tərəf irəliləməsini davam etdirir və hal-hazırda bu istiqamətdə şiddətli döyüşlər gedir.


3035 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP