Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2022

Yəmən BƏƏ-yə cavab hücumunun təfərrüatını açıqladı

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Sərii bu gün (bazar ertəsi) keçirdiyi mətbuat konfransında Əbu-Dabiyə cavab zərbəsinin təfərrüatını açıqlayıb.

“Əl-Məsirə” telekanalının bildirdiyinə görə, Y. Sərii əlavə edib ki, “Əsarul-Yəmən” əməliyyatının üçüncü mərhələsində Birləşmiş Ərəb Əmirliklərinin mərkəzini hədəfə aldıq. Cavab əməliyyatında bir neçə “Zülfiqar” ballistik raketi Əbu-Dabidə mühüm mərkəzləri vurdu və bir neçə “Səmad 3” pilotsuz təyyarəsi ilə Dubay əmirliyində həssas hədəflərə hücum oldu.

Bu hücumun BƏƏ-nin Yəmən xalqına qarşı təcavüzlərinə cavab xarakteri daşıdığını vurğulayan mətbuat katibi deyib: “Cırtdan BƏƏ ölkəsi Əbu-Dabi və Dubayda düşmən sionist rejiminin aləti olaraq xalqımıza və ölkəmizə təcavüz etməyə davam etdikcə, əmin-amanlıq görməyəcək. Yəmən Silahlı Qüvvələri bir daha (BƏƏ-də) vətəndaşlara, sakinlərə və şirkətlərə xəbərdarlıq edir ki, gələcəkdə hədəflərə qarşı həssaslıq səbəbindən mühüm qərargah və obyektlərdən uzaq dursunlar.

Biz boğucu mühasirə və böyük millətimizə qarşı cinayətlərin artması qarşısında sakit dayanmayacağıq, hücumlar dayanana və mühasirə götürülənə qədər Yəməndə özünümüdafiə haqqımızı davam etdirəcəyik və bu işdə Allahı şahid tuturuq.”


3008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP