Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2021

Yəmən Ənsarullah qüvvələri Məaribdə daha bir strateji bölgəni işğaldan azad etdi

Yəmən ordusu və Ənsarullah müqavimət qüvvələrinin təcavüzkar ərəb koalisiyası və Əl-Qaidiə terrorçularına qarşı mübarizələri daha da şiddətlənib.
Yerli mənbələrin “Vəkalətus-səhafəti-Yəməniyyə” informasiya mərkəzinə verdiyi xəbərlərə görə, Səna hökumətinə aid qüvvələr (Yəmən ordusu və Ənsarullah müqavimət qüvvələri) ötən saatlarda şiddətli döyüşlərdən sonra Məarib əyalətinin şimalında Vadi Nəxla strateji bölgəsini tam şəkildə işğaldan azad ediblər.
Xəbərlərdə vurğulanıb ki, döyüşlərdə təcavüzkar ərəb koalisiyasına aid qırıcıların işğalçılara geniş hava dəstəyi verməsinə baxmayaraq, müqavimət qüvvələri bölgəni düşməndən təmizləyiblər.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri ötən gün öz açıqlamasında bildirdi ki, ötən həftə Məarib və Beyda əyalətlərində Məczər və Rəğvan, bir neçə gün əvvəl isə Rəhəbə və Mahliyə şəhərləri işğaldan azad edilib. Beləliklə, Məaribdə 2800 kv-km ərazi düşməndən geri alınıb.


4153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP