Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2021

Yəhya Sərii: 72 saat ərzində təkfirçiləri məhv etdik

Yəmən Silahlı Qüvvələri və xalq komitələrinin mətbuat katibi Beyda əyalətində Ərəbistanın müttəfiqi olan Əl-Qaidə terror qrupuna qarşı “Aşkar qələbə” əməliyyatı barədə açıqlama verib.

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, Y. Sərii deyib: “İŞİD və Əl-Qaidə terror qruplarının Ərəbistanın dəstəyi ilə Beyda əyalətində həyata keçirdikləri təcavüzlərə qarşı “Ən-Nəsrul-mubin” (Aşkar qələbə) əməliyyatı keçirildi. Bu əməliyyatda düşmənin işğal etdiyi bütün ərazilər geri alındı, Zahir və Somiə şəhərləri azad edildi.”

Yəmən Silahlı Qüvvələrinin və xalq komitələrinin sözçüsü vurğulayıb: “Həmin əməliyyatda yüzlərlə təkfirçi məhv edildi və ya yaralandı, çoxlu sayda silah-sursat qənimət olaraq götürüldü.”
Y. Sərii açıqlamasının davamında deyib: “Ordu qüvvələri və xalq komitələri cəmi 72 saat ərzində Ən-Nəsrul-mubin əməliyyatını tamamladılar.”

General Sərii Amerika və təcavüzkar koalisiya qüvvələrinin komandirləri ilə İŞİD və Əl-Qaidə terror qrupları arasında əlaqələrin olduğuna təkid edib və onların bu terrorçulara dəstək istiqamətində Yəmən ordusu və xalq komitələrinə qarşı onlarla hava hücumu həyata keçirdiyini bildirib.

Y. Sərii qeyd edib ki, koalisiya qüvvələri öz təcavüzünü dayandırana, Yəmən torpaqlarının düşmən işğalından azad olunana və mühasirənin tam aradan qalxmasına kimi hərbi əməliyyatlarımız davam edəcək.
Yəmən ordusu və xalq komitələri yaxın günlərdə bu əməliyyata aid görüntü və detalları yayacaqlarını bildirib.


3692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP