Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyun 2018

Beynəlxalq Əfv Təşkilatı Ərəbistanı müharibə cinayətində ittiham etdi

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) BMT-nin Yəmən xalqına humanitar yardım çatdırmasına Ərəbistanın mane olması barədə məruzə ilə çıxış edərək Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiyanın müharibə cinayətinə mürtəkib olduğunu deyib. Məruzə təşkilatın saytında dərc olunub.
Beynəlxalq Əfv Təşkilatının açıqlamasında deyilir ki, Ərəbistana bağlı qüvvələr BMT-nin humanitar yardımları ilə dolu gəmilərin Yəmən inqilabçılarının nəzarətində olan limana çatdırılmasına imkan vermirlər. Bu qüvvələr gəmiləri bəzən saxlayır, bəzən də Ərəbistanın işğalı altında olan limanlara tərəf yönəltməyə çalışır, bəzən də araşdırma adı ilə gəmiləri neçə ay saxlayırlar. Buna görə də bəzi məhsullar tamamilə xarab olur. Qeyd olunan səbəblərdən bizim təhlilimizə əsasən, bu hərəkət kollektiv şəkildə cəzalandırma ehtimalı hesab edilir və bu növ cəzalandırma müharibə cinayətidir.


3827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP