Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2018

Yəmənli qüvvələr təcavüzkar Ərəbistan koalisiyasının 11 hərbi avtomobilini və çoxlu əsgərini məhv etdi

Yəmən ordusu və Ənsarullaha bağlı xalq komitələri Əl-Hudəydə əyalətində Ərəbistan koalisiyasına aid 11 hərbi avtomobili məhv edib. Yəmən hərbi mənbələrinin verdiyi xəbərə görə, bu avtomobillər Yəmən ordusu və Ənsarullah qüvvələrinin Mucəylis və Məşeyxi bölgələrində həyata keçirdiyi unikal əməliyyat nəticəsində məhv edilib. Bununla da təcavüzkar qüvvələrin hücumunun qarşısı alınıb. Hərbi mənbə vurğulayıb ki, bu əməliyyatlarda Ərəbistan koalisiyasının onlarla əsgər və yaraqlısı məhv edilib və yaralanıb.
Habelə, Yəmən ordusu və müqavimət qüvvələri dünən axşam Yəmənin qərb sahilində Mucəylis və Məşeyxi bölgələrini düşməndən azad edərək öz nəzarətlərini bu bölgələrə bərpa ediblər. Yəmən hərbi informasiya mərkəzinin verdiyi məlumatda bildirilir ki, sözügedən iki bölgənin geri alınması əməliyyatında təcavüzkar koalisiyanın onlarla əsgəri ölüb və yaralanıb.


3736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP