Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2018

Bağdad aeroportunun süqutu senarisi Yəməndə təkrar olmayacaq

“Əl-Aləm” televiziya kanalına açıqlama verən Yəmən silahlı qüvvələrinin mətbuat katibinin müavini Əziz Raşid deyib: “Yəmənə təcavüz edənlər qərb sahilinə hücumu başlayan gündən Əl-Hudəydə limanını və aeroportunu ələ keçirdiklərini iddia edirlər. Amma bu iddialar yalnız psixoloji müharibədir.”
General Raşid vurğulayıb: “Təcavüzkarların yalanlarının çoxluğuna diqqət etməklə psixoloji müharibə hiyləsi Yəmən xalqını aldada bilməz. Düşmənin psixoloji müharibəyə əl atması sübut edir ki, Ərəbistan, Amerika, Fransa, BƏƏ və onların muzdurları bərk ziyanlara düşüblər.”

General Raşidi cəbhədə gedən əməliyyatlar barədə deyib: “Yəmənli qüvvələr düşmənin kömək və tədarük xəttini kəsib. Belə ki, düşmən yenə əlimizdən qurtulmaq istəsə, ikinci və üçüncü kəsilmələrlə üzləşəcək. Müharibə onların məhv olmasına qədər davam edəcək.”

Ordu generalı düşmənin taktikasından agah olduqlarını diqqətə çatdıraraq deyib: “Təcavüzkarlar Bağdad aeroportunu ələ keçirməklə, Səddam rejimini devirməyi təcrübə ediblər. Ona görə də elə güman edirlər ki, Əl-Hudəydə aeroportunu ələ keçirsələr, hökuməti devirə bilərlər. Yəməndə vəziyyət tamamilə fərqlidir. Çünki yəmənli mübarizlər Qurana inanır, Allah yolunda danlanmaqdan qorxmurlar və düşmənin psixoloji müharibə yaratmaqda məkrindən xəbərdar olduqları üçün Bağdad aeroportunun süqutu hadisəsi onları aldada bilməz.”
Mətbuat katibinin müavini düşmənin Əl-Hudəydə aeroportunu ələ keçirməsi barədə xəbərini yalan adlandırıb və vurğulayıb ki, hərbi baxımdan aeroportu bombalamaqla (Ərəbistan koalisiyası) ona nəzarət etdiyini iddia edə bilməz.


3574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP