Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2018

Yəmənin yeni qüvvələri Hudəydəyə daxil oldu

“Mutabiat” saytının verdiyi xəbərə görə, Yəmən hərbi mənbələri bildiriblər ki, Yəmən ordusu və xalq komitələrindən ibarət yeni qüvvələr hərbi təchizatla birlikdə Hudəydə əyalətinə daxil olublar. Bu qüvvələr xüsusi təlim görmüş, təcrübəli və yüksək hərbi bacarığa malikdir.
Hərbi mənbələrin verdiyi açıqlamya görə, Yəmən ordusu və xalq komitələri qüvvələri bütün hərbi variantlar üçün tam hazırdırlar və Qərb sahili cəbhəsini Ərəbistan-Ameika təcavüzkar koalisiyası üçün qəbristanlığa çevirəcəklər.
Xatırladaq ki, Ərəbistan koalisiyası bir ay bundan əvvəl Yəmənin xaricə yeganə çıxış yolu olan Hudəydə limanını işğal etmək məqsədilə bu əyalətə qarşı geniş hücuma keçdi. Bu əməliyyatda Amerikadan da kömək istədi. Təcavüzkar koalisiya Hudəydənin cənubunda əyalətin mərkəzinin 30 km-liyinə qədər irəliləyə bildi. Amma Yəmən ordusu və xalq komitələrinin yeni qüvvələrinin Hudəydəyə ezam edilməsi və dəqiq həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin irəliləməsi dayandırıldı, strateji məntəqələr geri alındı.
Hərbi mənbələrin məlumatına görə, bu həftənin 4 günü ərzində Yəmənin qərb sahilində Ərəbistana bağlı 418 muzdur öldürülüb və 322 muzdur yaralanıb.


3680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP