Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

Azərbaycanlı miqrantlara daha bir zərbə

Rusiyada uşaqlar məktəblərdə və baxçalarda pulla oxuyacaqlar

Rusiya Dövlət Dumasına miqrant uşaqlarının məktəb və baxçada pulsuz əsaslarla istifadə etməsinin qarşısını alan qanun layihəsi təqdim edilib. Sənədin mətnini “Yedinaya Rossiya” partiyasının deputatı Aleksey Juravlov və LDP fraksiyasından olan deputat Sergey Jiqarov hazırlayıb. “Rusiya Federasiyasında təhsil haqqında” qanun layihəsinə ediləcək dəyişiklik parlamentin aşağı palatasının saytında dərc oluub. Deputatlar “Rusiya Federasiyasında təhsil haqqında” qanun layihəsində miqrant uşaqlarının ümumtəhsil məktəblərində və baxçalarda Rusiya vətəndaşlarının uşaqları kimi dövlət hesabına oxumasının məhdudlaşırılmasını təşəbbüsü ilə çıxış edirlər. Yeni layihədə Rusiyada bir il ərzində dövlət vergi orqanlarına rüsum ödəyən miqrantaların uşaqlarının bu hüquqdan yararlana biləcəyi göstərilir. Əmək haqqı və ya qazancından dövlətə vergi ödəməyən miqrantların uşaqları isə bu hüquqdan məhrum edilir. Lahiyənin izahatında deyilir ki, hazırkı vaxtda miqrantların övladları müvəqqəti qeydiyyat vərəqəsini göstərməklə məktəb və baxçaya qəbul olunur və Rusiyanın tamhüqülü vətəndaşları kimi təhsil alırlar. Layihənin müəllifləri məktəb və baxşalarda təhsil alanların 4 faizdən 10 faizə qədərini miqrant uşaqları təşkil etdiyini qeyd edirlər. İzahatda o da göstərilir ki, xarici vətəndaşların uşaqları rus dilini bilmədiklər üçün qrup və sinifdə təhsil prosesini ləngidirlər. Orta Asiyadan gələn uşalqların tərbiyəsi qadın müəllimələrdən aldıqlaır informasiyanı qəbul etməyə imkan vermir. Prezident yanında uşaq hüquqları müdadiəçisi Pavel Astaxov öz növbəsində bu təşəbbüsün absurd olduğunu qeyd edib. RİA Novosti-yə açıqlamasında o,- “Allah bütün insanları fəqrli yaradıb.Əvvəllər inernasionalizm deyilən dövlət siyasəti var idi. Avropanın səhvlərini nəzərə almaqla onu yenidən yaratmaq lazımdır”,-deyə uşaq ombudsmanı deyib.


6327 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP