29 Oktyabr 2013
“Rusiyada yaşamaq çətinləşib”

Rusiyanın paytaxtı Moskvada miqrantlara qarşı başladılan kampaniya davam etdirilir. Rusiya mediasının yaydığı xəbərə görə, oktyabrın 28-də saat 11 radələrində “Sadovod” ticarət mərkəzində miqrantlara qarşı əməliyyat keçirilib. Avtobuslarda ticarət mərkəzinə gətirilən polis qüvvələri bazarda olan insanların şəxsiyyətlərini ayırd etmək üçün miqrantları kütləvi şəkildə saxlayıblar.
Mediada gedən məlumatlara görə, bazarda çalışanların əksəriyyəti azərbaycanlılardır. Qeyd olunur ki, polislər miqrantların ölkə ərazisində qalma müddətini yoxlayır və əgər onlar bu müddəti aşıblarsa, ölkədə çıxarırlar.
Ötən gün “Sadovod” ticarət mərkəzində çalışan həmyerlilərimiz Pərvin Mehdizadə ilə söhbət etdik. Ticarət mərkəzində dükan sahibi olan, özü isə Rusiya vətəndaşlığını qəbul eləmiş həmyerlimiz Moskvada durumun pisləşdiyini, azərbaycanlıların qorxu içində olduğunu bildirdi: “Durum gündən-günə pisləşir. Bu gün (oktyabrın 28-də-red.) ”Sadovod" bazarına “OMON” hücum edib. Adamları “şmon” edib aparıblar. İndi elə bir vəziyyət yaradıblar ki, insanlar öz xoşları ilə vətənə qayıtmaq istəyirlər. Yollarda postları gücləndiriblər, silahlı “OMON” qoyulub. İki gün bundan qabaq heç bir qanunu pozmadığımız halda bizi saxladılar. Və “OMON”-çular bizə söz atdılar, bir müddət mübahisə etdikdən sonra vətəndaşlığım olduğu üçün bir şey edə bilmədilər, buraxdılar".
P.Mehdizadə deyir ki, hələlik özünün qonşularla münasibətlərində problem yaranmasa da, ümumilikdə gəlmələrə qarşı münasibət pisləşib: “Mən Rusiya vətəndaşıyam, həm də qonşularımız pis adamlar deyil. Bizim rayonda azərbaycanlı çoxdur. Əksəriyyətinin Rusiya vətəndaşı olmasına baxmayaraq, iki gün bundan əvvəl "OMON" hücum edərək parkda hamilə qadınları, uşaqlıları da saxlayaraq avtobusa yığıb aparıb. 20 avtobus olub, hamısına da adam doldurub aparıblar. Bundan başqa, bazarın yaxınlığına çoxlu sayda hərbi maşınlar da gətirilmişdi. Nə üçün gətirildiklərini bilmirəm. Metroda və nəqliyyatda da miqrantlara münasibət çox pisdir, tez-tez hücumlar olur. Əcnəbilərin çoxu hazırda evdən çıxa bilmir. Vətəndaşlığı olanların problemi yoxdur, amma miqrantlar üçün çox çətindir. Bununla belə, hətta vətəndaşlığı olanları belə saxlayıb yoxlayırlar, sorğu-sual edir, incidirlər”.
P.Mehdizadə deyir ki, hazırda davam edən vəziyyət Moskvada kriminal durumun daha da pisləşəcəyi ilə bağlı narahatlıq yaradır. Eyni zamanda soydaşımız deyir ki, Moskvada çirkli işlərin əsas hissəsini miqrantlar gördüyü üçün son hadisələrdən sonra Rusiya paytaxtında təmizlik problemləri yaranmağa başlayıb: “Artıq rusların özləri də narahatlıqlarını bildirirlər ki, belə davam etsə, xidmət sahəsində təmizlik problemləri yaranacaq, zibil baş alıb gedəcək. Luber rayonunun meri çıxış edib dedi ki, miqrantlar olmasa bura məhv olacaq. Deyir ki, siz ruslardan danışırsınız, amma bizim ruslar işləmir. Ona görə də problemlər daha da çoxalacaq. Görünən odur ki, Moskva rəhbərliyi şəhəri bütövlükdə qanunsuz yaşayan miqrantlardan təmizləməkdə qərarlıdır”.
Pərvin Mehdizadə deyir ki, “Sadovod” bazarında işçiləri apardıqdan sonra bazarın bir gün işləməyəcəyi elan olunub. Ancaq həmsöhbətimiz bildirdi ki, Moskvada gəzən söhbətlərə görə, bir neçə böyük bazar bağlanacaq: “Belə məlumatlar gəzir ki, bir neçə böyük bazar bağlanacaq. Amma məni daha çox narahat edən azərbaycanlılara münasibətdir. Burada daha əvvəl də bu cür hadisələr olub, amma hamilə qadınları və uşaqlı qadınları polisin avtobusa doldurub şöbəyə aparması olmamışdı. Əvvəllər maşını saxlayırdılar, içəridə qadın, uşaq görəndə buraxırdılar. Az hallarda uşaqlı qadınlardan sənəd istəyirdilər. Xüsusən də son olaraq ötən həftə hicablı qadının terror törətməsi hadisəsindən sonra münasibət dəyişib. Əvvəllər bu cür münasibətlər yox idi. Belə vəziyyət bir gün partlayacaq, ciddi qarşıdurma ola bilər. Bizi indi əsas narahat edən burda dindarlara münasibətdir. Narahatçılığımız odur ki, uşaqlar artıq böyüyür, qızlar hicab bağlayır. Burda isə hicaba münasibət pisləşib. Bu cür vəziyyətdə Moskvada yaşamaq mümkün deyil, vətənə qayıtmalı olacağıq. Çünki belə getsə, axırımız həbsxana olacaq”.
Lent.az-ın məlumatına görə, oktyabrın 28-də Moskvada “İzmaylov” bazarı kimi tanınan Qapalı Səhmdar Cəmiyyətin “İzmaylov” Kompleksinin sahibi Aydın İsayev həbs olunub. O, iqtisadi cinayətkarlıqda ittiham olunur. Aydın İsayev miqrantları əmək fəaliyyətinə qeyri-qanuni cəlb etməkdə təqsirləndirilir.
KƏNAN/Musavat
24.05.25, 09:40
Rus ordusu Radkovkanı ələ keçirdi 24.05.25, 09:38
Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN 24.05.25, 09:36
Rusiya buna hazır olmalıdır - Putin 24.05.25, 09:09
Yəmən Ənsarullah lideriri: İslam ümmətinin səssizliyi sionistlərə cinayət törətmək üçün cəsarət verir 24.05.25, 09:08
İran və ABŞ arasındakı müzakirələrin beşinci raundu başa çatıb 22.05.25, 11:00
Omanın xarici işlər naziri: İran-ABŞ danışıqlarının beşinci raundu cümə günü keçiriləcək 22.05.25, 10:42
“Wikileaks” qurucusu işğalçı İsrailə belə etiraz etdi 21.05.25, 11:36
BMT-nin xüsusi məruzəçisi: İsrail Qəzzədə etnik təmizləmə aparır 21.05.25, 10:15
Ağstafada 27 yaşlı gənc bıçaqlandı 21.05.25, 09:12
Şimali Koreya lideri Rusiyaya səfər edəcək 21.05.25, 09:10
Suriyan parçalanmasına... - ABŞ 21.05.25, 09:03
PUTİNİN "SAĞ ƏLİ" MİQRANTLARI HƏDƏLƏDİ 20.05.25, 16:22
Rusiya dronlarla Ukraynaya hücum edib 20.05.25, 11:57
Ayətullah Xamenei: Tramp yalan danışıb 20.05.25, 11:55
Yəmən Silahlı Qüvvələri Hayfa limanında dəniz mühasirə planının başladığını elan edib 20.05.25, 11:37
ABŞ-la görüş üçün təklif almışıq - İran 20.05.25, 08:40
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb 20.05.25, 08:31
ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi - Tramp 19.05.25, 11:22
HƏMAS təkzib etdi: Girovları azad etmirik 19.05.25, 10:05
Medvedev Qərbi "daha dəhşətli müharibə" ilə hədələdi 19.05.25, 09:21
Trampın Colaniyə məftun olması dövrün komediyalarından biridir 19.05.25, 09:11
İşğalçı İsrailin vəhşiliyi davam edir - 151 şəhid 18.05.25, 11:02
Gəncədə kişi döş qəfəsindən bıçaqlandı 18.05.25, 10:54
ABŞ-də qasırğa nəticəsində 27 nəfər ölüb 18.05.25, 08:39
Qəzzədə daha 153 fələstinli şəhid olub 17.05.25, 11:05
Çin: İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət edirik 17.05.25, 11:04
"İran nüvə hüququndan güzəştə getməyəcək" - Əraqçi 17.05.25, 10:59
Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb 17.05.25, 10:50
Bakıda gənc oğlan parkda bıçaqlandı 17.05.25, 09:59
İmişlidə məktəbli qızın meyiti tapıldı 17.05.25, 09:52
ABŞ-da silahlı insident: ölənlər var 17.05.25, 09:51
Yəmən işğalçı İsrailin təhdidinə dərhal cavab verdi 17.05.25, 09:25
İstanbul görüşü: Putinin qələbəsi, Zelenskinin isə... 17.05.25, 09:22
Putinlə danışıqlar qaçılmazdır, gec-tez... - Orban 15.05.25, 12:06
Pezeşkiyan: Tramp iranlıları tanımayıb 15.05.25, 11:57
Macarıstan Ukraynanın PUA-sını məhv etdi 15.05.25, 09:17
Liviyada silahlı toqquşma: 6 ölü, 70 yaralı 14.05.25, 10:53
İranın “Şetab” şəbəkəsinin Rusiyanın “Mir” şəbəkəsinə qoşulması layihəsinin ikinci mərhələsi təqdim olunub 14.05.25, 10:51
380-dən çox dünya kino xadimi Qəzzədəki soyqırımı pislədi 14.05.25, 10:49
Rafael Ağayev əməliyyat olundu 14.05.25, 09:21
İşğalçı İsrailin vəhşilikləri davam edir - 45 şəhid 13.05.25, 13:07
Peskov: İranla münasibətlər uduş-uduşdur 13.05.25, 12:15
Putin razılaşmasa, mümkün deyil 13.05.25, 12:04
Şeyx Nəim Qasim: "Hizbullah 1982-ci ildən bəri Livan ərazilərinin işğal olunmuş ərazilərə ilhaqının qarşısını alır" 12.05.25, 11:37
Ayətullah Seyid Əli Xamenei: Müsəlmanlar düşmənin diqqətləri Fələstin məsələsindən yayındırmasına imkan verməməlidirlər 12.05.25, 11:29
PKK özünü ləğv etdi 12.05.25, 09:32
HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək 12.05.25, 09:17
İşğalçı İsrail bir gün ərzində Qəzzaya 60 hava zərbəsi endirib 11.05.25, 12:54
Putinin təklifinə reaksiyanı gözləyirik - Zaxarova 11.05.25, 12:08
19 aviaşirkət işğal olunmuş ərazilərə uçuşları ləğv edib 11.05.25, 10:46
"Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik" - Şahbaz Şərif 11.05.25, 10:44
Bakıda köməkçi tikilidə yanğından sonra... 10.05.25, 10:18
Yekun qələbə yaxındır - Medvedyev 10.05.25, 09:55
21 yaşlı gənc özünü asdı 10.05.25, 09:52
Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı 10.05.25, 09:45
"BAŞQA VARİANTIMIZ YOXDUR..." - Pakistan 09.05.25, 21:21
General Səlami: İstənilən miqyasda müharibəyə hazırıq 09.05.25, 21:19
İmam Rza (ə) hərəmində Əli ibn Musa ər-Rizanın (ə) mövlud gecəsi 09.05.25, 21:16
İşğalçı İsrailin 2 hərbçisi məhv edilib 08.05.25, 11:39
Hindistanın 21 hava limanı reyslər üçün bağlanıb 08.05.25, 11:39
ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir 08.05.25, 11:35
Fars körfəzinin adının saxtalaşdırılmasına BMT-dən reaksiya 07.05.25, 10:32
Avropa aviaşirkətləri Təl-Əvivə uçuşları dayandırdı 07.05.25, 10:31
Oman: Səna ilə Vaşinqton arasında gərginliyi azaltmaq səyləri atəşkəs razılaşmasına gətirib çıxarır 07.05.25, 10:28
Rus ordusu Lısovkanı ələ keçirdi 06.05.25, 12:02
Yəmən lideri: 57 güclü İslam ölkəsinin Fələstinə bir şüşə süd çatdıra bilməməsi utancvericidir 06.05.25, 11:45
Pezeşkiyan: Müsəlmanlar birləşsə, düşmən onlara zülm edə bilməz 06.05.25, 11:41
Ənsarullah: Sionist rejimin hücumlarına cavab verəcəyik 06.05.25, 09:05
Pens: Putin Ukraynada dayanmayacaq, qələbə qazansa... 06.05.25, 09:02
Ehud Barak: HƏMAS İsrail ordusu ilə 50 il vuruşa bilər. 06.05.25, 09:00
Ali Məqamlı Rəhbər Ayətullah Nuri Həmədanini ziyarət edib 05.05.25, 09:46
Yəməndən İsrailə cavab: Tam blokadaya alınacaq! 05.05.25, 09:37
Vəhşi İsrailin qətliamları davam edir - 19 şəhid 05.05.25, 09:34
Tramp bir daha prezident olmayacağını açıqlayıb 05.05.25, 09:27
İranın ən yeni ballistik raketi təqdim olundu - 1200 km 04.05.25, 12:26
ABŞ bizi qorxuda bilməyəcək, dialoq istəyirsə... - Çin