Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Gülər Əhmədovanın səhhəti pisləşdi

Əməkdaşımızın verdiyi xəbərə görə, nahar fasiləsindən sonra davam etdirilən proses zamanı Gülər Əhmədovanın səhhətində problem yaranıb. O, danışa bilməyib, fikirlərini ifadə etməkdə çətinlik çəkib, dərman qəbul edib. Həkimlərin müttəhhimə tibbi yardım göstərməsi üçün hakim yarım saatlı fasilə elan edib.

Daha sonra məhkəmə təxirə salınıb və onun oktyabrın 31-də saat 10.30-da davam etdirilməsi qərara alınıb.

Xatırladaq ki, sabiq MM üzvü Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.(musavat.com)

Gülər Əhmədova məhkəmədə özünü təqsirli bilmədiyini deyib
2013-10-28 14:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Daha sonra Gülər Əhmədova ifadə verərək özünü qətiyyən təqsirli bilmədiyini deyib.

G. Əhmədova KİV-də barəsində fantastik yazılar yazıldığını bildirib: “Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. Yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardılar. Məni KİV-də gedən materiallara görə həbs elədilər. Bu təxəyyülə əsaslanan yazılarla bağlı istintaq jurnalistlərdən heç nə soruşmadı. Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.

Daha sonra G. Əhmədova sərbəst ifadə verib. O, ifadəsində deyib ki, KİV-də yazılanlardan iki gün sonra deputat mandatından imtina barədə MSK-ya müraciət edib və ondan sonra komissiya qərar verib: “Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addımı kimi nəzərə almadı. Bu demokratiyanın təntənəsi idi. Lakin KİV bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm”.

G. Əhmədova daha sonra Elşad Abdullayevlə tanışlığından danışıb, onu bəzi dövlət tədbirlərində gördüyünü, bir yerdə olduqlarını deyib: “Sevinc Babayevanı isə partiyanın qurultayında tanımışam. Mənim onunla elə də yaxın münasibətim olmayıb. Məndən qohumları ilə bağlı yardım istəyib, mən də kömək etmişəm. Elşad Abdullayevin yaydığı videolardan sonra insult keçirdim, dəfələrlə təcili yardım çağırdılar. Həmin videoya mən də baxmışam, onlar montaj olunub. Elşad Abdullayevlə bağlı o zamanlar mənə şikayətlər edilirdi. Elşad tələbələrdən pulu müəllimlər, vasitəçilərlə alırdı, lakin qaytarmırdı. Onların içində həbsə düşənlər, intihar edənlər oldu. Sevinc Babayeva da bu məsələlərlə bağlı mənə müraciət etmişdi. Sevinc seçki vaxtı mənim rəsmi vəkilim olmayıb. Lakin mənə köməklik edib. O da məndən xahiş etmişdi ki, Elşadla danışım, pulunu qaytarsın. Mən də bununla bağlı danışmağa razılıq verdim. Elşadla da camaatın pulunun qaytarılmasından danışmışam. Həmin görüntülər montaj olunub. Səs tembrindən istifadə edilərək əlavə cümlələr qurulub. Onlar deyirlər ki, videolar beş saatlıqdır. Amma digər hissələrini yaymırlar. Mən Sevincin arxasınca çox şey demək istəmirəm. Ölən adamın arxasınca ya yaxşı danışarlar, ya da heç danışmazlar. Sağ olsaydı, çox şey danışardım. Mən axirətimi fikirləşən adamam. Belə şeylərin günahıma yazılmasını istəmirəm. Hər zaman kimsəsiz uşaqlara, qadınlara kömək etmişəm, evimdə saxlamışam. Bəxtiyar Vahabzadənin həkim kürəkəni var, ondan soruşa bilərsiniz. Onun yanında kimsəsiz uşağı əməliyyat etdirmişəm. Gecələr də yanında qalmışam. Bunları Allaha xatir eləmişəm. Ona görə də mənim Sevinc Babayevaya yardım etməyim adi bir şeydir. Keçmiş nazir Füzuli Ələkbərov mənə deyirdi ki, MM-in hər iclasında sosial yardım problemlərdən danışıram. Mən də deyirdim ki, mən bunları deməliyəm”.

Daha sonra G. Əhmədova S. Babayeva ilə E. Abdullayevin çox yaxın olduqlarını deyib. “Çox xahiş edirəm məni onlarla eyni siyahıya salmayın, biz başqa-başqa adamlarıq. Mən Konstitusiya üçün canımı qoymuşam. Xahiş edirəm ki, Konstitusiyanı pozmayaq. Elşadın yaydığı videolar Konstitusiyaya ziddir. Elşad mənə müraciət edərək deyir k, gizli videoları çıxarım. Mənim isə heç bir gizli videom yoxdur. Elşad oturub Fransada, elə bil naz atır. Sevinc də ölüb, qalmışam ortada. Mənim vəziyyətim tragikomikdir. Bilmirəm, gülüm, ya ağlayım? Hərdən ağlamışam, hərdən gülmüşəm. Tutmusunuz, əcəb eləmisiniz. Bütün polislər, prokurorlar qardaşımdır. Amma xahiş edirəm, ittiham aktında olan qanun pozuntularını aradan götürək. Elşad adi bir yalançıdır”.

Məhkəmədə nahar fasiləsi elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.


***

saat 13.13

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Daha sonra Gülər Əhmədova ifadə verərək özünü qətiyyən təqsirli bilmədiyini deyib.

G. Əhmədova KİV-də barəsində fantastik yazılar yazıldığını bildirib: “Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. Yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardılar. Məni KİV-də gedən materiallara görə həbs elədilər. Bu təxəyyülə əsaslanan yazılarla bağlı istintaq jurnalistlərdən heç nə soruşmadı. Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.

Daha sonra G. Əhmədova sərbəst ifadə verib. O ifadəsində deyib ki, KİV-də yazılanlardan iki gün sonra deputat mandatından imtina barədə MSK-ya müraciət edib və ondan sonra komissiya qərar verib: “Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addımı kimi nəzərə almadı. Bu demokratiyanın təntənəsi idi. Lakin KİV bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm”.
5645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP