Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

"Dinim mənim şəxsiyyətimdi"

"Ailəmizi dolandırmaq üçün uşaq vaxtı atamla birlikdə inşaatda çalışmışam".

"Bavariya"nın və Fransa yığmasının futbolçusu Frank Riberi deyib.

Fransalı futbolçu uşaqlığının çətin anlarından və atasından danışıb: "Uşaqlıqda kasıbçılığın nə demək olduğunu hiss etdim. Atam bizim böyüməyimiz üçün çox çalışırdı. Mənə daim qazanan xarakterini o verib. Çətinliyə düşəndə yenidən başlamağı ondan öyrəndim. Həyatımın hər dönəmində ayaqlarımı yerə basmağı öyrətdi. Bu səbəbdən həyatın hər anından zövq almağa çalışıram. Hər şeydən öncə həm meydanda, həm də meydandan kənarda insanları xoşbəxt etməyi sevirəm. Məsələn, top məndə olanda azarkeşlər çox şey gözləyir. Bunu hiss edəndə qazanmaq, qol vurmaq və onları xoşbəxt etmək üçün bütün gücümü ortaya qoyuram".

Riberi futbolun ona hər şey verdiyini bildirib: "Uşaq vaxtı da futbol oynayırdım. Futbolun mənim üçün məktəbdən daha önəmli olacağını bilirdim. Daha doğrusu, futbol sayəsində həyatda qalmağımız üçün lazım olan pulu qazanacağıma inanırdım. Amma belə bir böyük karyera ağlıma gəlməzdi. Fransanın birinci və ya ikinci liqasında oynaya biləcəyimi düşünürdüm. Atam və həyat yoldaşım ən böyük dəstəkçim idi. Futbol mənə hər şey verdi".

Ulduz futbolçu Əlcəzair əsilli həyat yoldaşı Vahiba Belhamiyə görə 2002-ci ildə İslam dinini qəbul etdiyini və özünə Bilal adını götürdüyünü deyib: "Dinim mənim şəxsiyyətimdi. İnanclı biriyəm və İslam dinini qəbul etdiyim gündən özümü əqli cəhətdən inkişaf etmiş, güclənmiş hesab edirəm. Din mənim xarakterimi və dünya görüşümü dəyişmədi".
6486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP