Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Baş nazirin keçmiş müavini Tacikistanda müəmmalı şəkildə öldü

Mərhum Səməd Sadıqov eks-spiker Rəsul Quliyev və hazırda həbsdə olan keçmiş nazir Nicat Quliyevlə yaxın olub.
meyit
Azərbaycanın baş nazirinin keçmiş müavini Tacikistanda müəmmalı şəkildə öldü

Azərbaycanlı biznesmen Tacikistanın paytaxtı Düşənbədə müəmmalı şəkildə ölüb. «Azadlıq» radiosuna bu barədə bu gün — oktyabrın 2-də məlum olub.

Ölən şəxsin Səməd Sadıqov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Azərbaycanın Düşənbədəki səfirliyi faktı təsdiq edib. Səfirliyin mətbuat katibi Samir Əhmədi bildirib ki, biznesmenin ölümünə səbəb qara ciyər serrozu olub. Digər təfərrüatlar haqda məlumat verilmir.

Radiostansiya bildirir ki, Azərbaycandan əldə edilən bəzi məlumatlara görə, Sadıqov müxalifyönlü olub. Onun yaxınları mərhumun cəsədini götürmək üçün Düşənbəyə gediblər.

Virtualaz.org araşdırıb ki, Düşənbədə ölən Səməd Sadıqov Azərbaycanın baş nazirinin keçmiş müavini, iqtisadiyyat naziri olub. O, 1993-cü ildə Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyindən qısa müddət sonra — 1993-cü il, sentyabrın 2-də həmin vaxt Ali Sovetin sədrinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin fərmanı ilə baş nazirin müavini və iqtisadiyyat naziri təyin olunub. S.Sadıqovun keçmiş spiker Rəsul Quliyevin komandasında yer aldığı da məlum olub.

O, baş nazirin müavini vəzifəsində bir neçə il — təxminən R.Quliyevin istefasına (bu isə 1996-cı ildə olub) qədər işləyib.

S.Sadıqov 1995-ci il, martın 11-12-də Danimarkanın Kopenhagen şəhərində keçirilən sosial inkişaf üzrə ümumdünya konfransında Azərbaycanın iştirakına hazırlıq üzrə prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış hökumət komissiyasında hazırda həbsdə olan xarici iqtisadi əlaqələr nazirinin keçmiş birinci müavini Nicat Quliyev və digər rəsmilərlə birlikdə təmsil olunub.
6929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP