Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib

İlk oyun günündə E, F, G və H qruplarında görüşlər baş tutub.
E qrupunda "Şalke" səfərdə "Bazel"in qonağı olub və minimal hesabıla qalib gəlib. "Çelsi" səfərdə "Styaua"nı darmadağın edib - 4:0. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşüblər. İngiltərə təmsilçisinin üstünlüyü şəraitində keçən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edib və rəqib qapısından 3 cavabız qol keçirib.
G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayıb və 0:0 hesabı ilə başa çatıb. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gəlib. Madrid təmsilçisi qapısında erkən qol görsə də, daha sonar iki qol vuraraq rəqibinə qalib gəlib - 2:1. H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0. Digər matçda isə "Ayaks" doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirib. Hollandiya klubu görüşü qalib başa vura biərdi, lakin oyun 90+4-cü dəqiqəsində "Milan" Mario Balotellinin qolu sayəsində məğlubiyyətdən aça bilb.
Qeyd edək ki, II turun qalan 8 görüşü bu axşam keçiriləcək.
6625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP