Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

Əfqanıstan polisi bir il ərzində 10 min qadını sırasına qatacaq

Əfqanıstanın Daxili İşlər Nazirliyi xidmətdə olan 1500- qadın polisinin sayını 10 minə çatdırmaq istəyir.

BBC-nin verdiyi xəbərə görə, Əfqanıstan DİN bu addımı bir il ərzində həyata keçirəcək. Nazirliyin sözçüsü Siddiq Siddiqinin sözlərinə görə, ölkədə qadınların təhsil alması, kişilərlə bir yerdə işləməsi, cəmiyyət arasına çıxmasına qarşı ictimai qınağ mövcuddur. Amma, buna baxmayaraq, dövlət qadınların polis sıralarına cəlb edilməsində qərarlıdır.

O bildirib ki, gələn bir il ərzində 10 min qadın polis sıralarına qatılacaq. Hazırda Əfqanıstan polisi sıralarında 1500-ə yaxın qadın xidmət edir./SalamNews
5611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP