21 Oktyabr 2025
Ayətullah Xamenei: Başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, öz ölkəndəki iğtişaşları sakitləşdir
İran İslam Respublikasının Ali Rəhbəri ABŞ-də müxtəlif ştat və şəhərlərdə Donald Trampa qarşı keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib: Siz əgər doğrudan da bacarıqlısınızsa, yalan və təxribat yaymaq, digər ölkələrin daxili işlərinə qarışmaq və orada hərbi bazalar yaratmaq əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qayıtmağa vadar edin.Ayətullah Seyid Əli Xamenei bu gün səhər müxtəlif idman növləri üzrə çempionlar və beynəlxalq elmi olimpiadalarda medal qazananlarla görüşdə ABŞ prezidentinin son dövrlərdəki təkəbbürlü və əsassız bəyanatlarına toxunaraq deyib:
Bu şəxs bölgə, İran və İran xalqı barədə söylədiyi saysız yalanlarla və yersiz davranışları ilə sionistlərə ruh verməyə və özünü güclü göstərməyə çalışdı. Amma əgər doğrudan da gücü varsa, qoy gedib ABŞ-nin bütün ştatlarında ona qarşı şüar səsləndirən milyonlarla insanı sakitləşdirsin.
Ali Rəhbər ölkənin idman və elm sahəsində parlayan gənclərinin uğurlarından məmnunluq ifadə edərək deyib:
Sizin qazandığınız medallar əvvəlki dövrlərin medallarına nisbətən daha böyük dəyərə malikdir. Çünki siz bu nailiyyətləri elə bir vaxtda əldə etmisiniz ki, düşmən yumşaq müharibə vasitəsilə xalqı ruhdan salmağa, öz gücünə inamını sarsıtmağa çalışır. Lakin siz bu xalqın iradə və qüdrətini nümayiş etdirərək ona ən möhkəm cavabı verdiniz.
Ayətullah Xamenei düşmənlərin İranın elmi inkişafını ləngitmək səylərinə də diqqət çəkərək bildirib:
İran xalqının düşmənləri bəzən uğurları inkar etməklə, bəzən yalan və həqiqəti bir-birinə qatmaqla, bəzi xırda qüsurları şişirtməklə və məqsədli təbliğatla ölkədə qaranlıq bir mənzərə yaratmağa çalışırlar. Amma siz elm və idman zirvələrinə qalxaraq ölkənin parlaq gələcəyini bütün dünyaya göstərdiniz.
Ali Rəhbər çıxışının başqa bir hissəsində ABŞ prezidentinin bölgə və İran haqqında son bəyanatlarına cavab verərək deyib:
ABŞ prezidenti işğal olunmuş Fələstinə səfəri zamanı bir sıra mənasız və gülünc sözlər deməklə ruhdan düşmüş sionistləri ümidləndirməyə çalışdı.
O, 12 günlük müharibədə İran İslam Respublikasının sionist rejimə vurduğu inanılmaz zərbəni onların ruh düşkünlüyünün əsas səbəbi adlandıraraq əlavə edib:
Sionistlər gözləmirdilər ki, İran istehsalı olan raketlər alov və od içində onların mühüm və həssas mərkəzlərinə çatsın, həmin obyektləri dağıdıb külə döndərsin.
Ayətullah Xamenei vurğulayıb:
Bu raketlər nə ayrı ölkədən alınmış, nə də kirayəyə götürülmüşdür — onların hamısı iranlı gənclərin öz əlləri ilə hazırlanıb və hər biri İran elminin məhsuludur. Gənc iranlı elmə söykənərək böyük işlərə imza atmağa qadirdir.
O, əlavə edib: Bu raketlər ordumuz və hərbi sənayemiz tərəfindən hazırlanıb və istifadə olunub. Bizdə hələ kifayət qədər raket var və lazım gələrsə, yenidən istifadə ediləcək.
Ali Rəhbər Trampın son bəyanatlarını sionistlərə mənəvi dəstək vermək məqsədilə səsləndirdiyini bildirərək deyib:
Qəzza müharibəsində ABŞ, sionist rejimin cinayətlərinin əsas şərikidir. ABŞ prezidenti özü də etiraf etdi ki, biz Qəzzada bu rejimlə birlikdə hərəkət edirdik. Əslində bunu deməsəydi belə, hamıya aydındır — çünki Qəzzanın mülki əhalisinin başına atılan silah və sursatların hamısı Amerikaya məxsus idi.
Ayətullah Xamenei Trampın “terrorla mübarizə aparırıq” iddiasını da yalan adlandıraraq qeyd edib:
Qəzza müharibəsində 20 mindən çox uşaq və körpə şəhid olub. Onlar terrorçu idilərmi? Terrorçu, İŞİD-i yaradan və bölgəyə buraxan Amerikadır. İndi də onun qalıqlarını öz maraqları üçün istifadə edirlər.
Ali Rəhbər əlavə edib:
Qəzzada 70 mindən çox insanın qətli və 12 günlük müharibədə minlərlə iranlının şəhadəti ABŞ və sionist rejimin terrorçu xislətinin açıq göstəricisidir. Onlar yalnız mülki insanları deyil, elm adamlarımız — Tehrançi və Abbasi kimi alimləri də terror etdilər və bu cinayəti fəxrlə etiraf etdilər. Amma bilməlidirlər ki, elmi terror etmək mümkün deyil.
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ABŞ prezidentinin “İranın nüvə sənayesini bombalayaraq məhv etdik” sözlərinə münasibət bildirərək deyib:
Fərqi yoxdur, qoy elə bu xəyalla yaşasınlar. Amma ümumiyyətlə, siz kimsiniz ki, hansısa ölkənin nüvə sənayesinə sahib olub-olmaması barədə hökm verəsiniz? İranın nüvə imkanları və sənayesi ABŞ-yə heç bir aidiyyəti yoxdur. Bu cür müdaxilələr əsassız, yanlış və güc tətbiq etmə xarakter daşıyır.
Ali Rəhbər ABŞ-nin müxtəlif ştat və şəhərlərində keçirilən 7 milyonluq etiraz aksiyalarına toxunaraq bildirib:
Əgər doğrudan da gücünüz çatırsa, yalan və təxribat yaymaq, başqa ölkələrin işlərinə qarışmaq və orada hərbi bazalar tikmək əvəzinə, bu milyonlarla insanı sakitləşdirin və evlərinə qaytarın.
Ayətullah Xamenei vurğulayıb ki, “terrorçu və terrorizmin əsl simvolu ABŞ-dir” və Trampın “İran xalqının dostuyam” iddiasını da yalan adlandıraraq deyib:
ABŞ-nin tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar birbaşa İran xalqına qarşı yönəlib. Bir çox ölkələr qorxudan bu sanksiyalara qoşulurlar. Bu səbəbdən siz İran xalqının dostu yox, düşmənisiniz.
O, Trampın “mən danışıqlara hazıram” sözlərinə də toxunaraq bildirib:
O deyir ki, mən razılaşma tərəfdarıyam. Amma əgər bu razılaşma təzyiq və şərtlərlə müşayiət olunursa və nəticəsi əvvəldən müəyyən edilibsə, bu artıq razılaşma deyil, məcburiyyət və diktədir. İran xalqı heç vaxt bu cür məcburiyyətə boyun əyməyəcək.
Ali Rəhbər ABŞ prezidentinin Qərbi Asiyada (onların terminologiyası ilə “Yaxın Şərqdə”) müharibə və zorakılığın hökm sürdüyü barədə bəyanatına cavab olaraq deyib:
Bu müharibələri siz özünüz yaradırsınız. ABŞ həm terrorun, həm də müharibələrin əsas səbəbkarıdır. Əgər belə olmasaydı, bu qədər hərbi bazanı nə üçün bu bölgədə yerləşdirmisiniz? Burada nə işiniz var? Bu regionun sahibləri onun öz xalqlarıdır. Bu bölgədə baş verən müharibə və ölüm hadisələrinin əsas səbəbi ABŞ-nin mövcudluğudur.
Ayətullah Xamenei çıxışının sonunda qeyd edib:
ABŞ prezidentinin mövqeləri yanlış, bir çox hallarda yalan və zorakı xarakter daşıyır. Bəli, bu zorakılıq bəzi ölkələrə təsir göstərə bilər, amma Allahın izni ilə, İran xalqına heç vaxt təsir etməyəcək.
12.11.25, 12:26
ABŞ gücünü qorumaq üçün hətta terrorçuları belə qucaqlayır 12.11.25, 10:28
Türkiyədə körpü çökdü: ölənlər var 12.11.25, 10:24
Rusiya Ukraynada F-16-ların yerləşdiyi aerodromu vurdu 12.11.25, 10:12
Təyyarədəki 20 hərbçinin hamısı ölüb - ADLARI 12.11.25, 09:50
Əkrəm İmamoğluya 2350 il... 12.11.25, 09:43
İran, Çin və Rusiya səfirləri Qrossi ilə görüşüb 12.11.25, 09:34
Serbiya Prezidenti: Avropa Rusiya ilə müharibəyə hazırlaşır 12.11.25, 09:25
İslamabadda intihar hücumu – azı 12 nəfər... 12.11.25, 09:22
Amerikalılardan Trampa etiraz - kimin prezidentisən? 11.11.25, 12:12
Qəddafinin oğlu girov qarşılığında azadlığa buraxıldı 11.11.25, 12:06
Niderland İsrail məhsullarının idxalını qadağan etməyə çalışır 11.11.25, 11:14
Sionist rejim Qəzzə atəşkəsini 282 dəfə pozub 11.11.25, 10:51
Trampın sülhü cəmi iki həftə davam etdi 11.11.25, 09:11
HƏMAS: Müqavimətin silahı Fələstin dövlətinin qurulmasından əvvəl müzakirəolunmaz məsələdir 11.11.25, 09:08
Kreml: Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyirik 10.11.25, 11:20
Bakıda kişi arvadını balta ilə öldürüb, sonra özünü asdı 10.11.25, 11:13
Kats Ərdoğana: Qəzzaı yalnız durbinlə görə bilərsiniz 10.11.25, 10:27
Venesuela Xarici İşlər Naziri: Hazır vəziyyətdəyk 10.11.25, 10:24
Zelenskinin Guardian ilə müsahibəsi zamanı elektrik kəsildi 09.11.25, 11:39
Françeska Albanes sionist səfirə cavab verdi 09.11.25, 10:18
İspaniya restoranının sahibi, sionist müştəriləri "Ləbbeyk ya Nəsrullah!" şüarı ilə restorandan qovdu 09.11.25, 10:14
Mossad televiziyası nəhayət etiraf etdi: İsrail, ABŞ-ın Yaxın Şərqdəki ən mühüm proksi qüvvəsidir 09.11.25, 10:11
Ehud Barak Netanyahunun kabinetinin devrilməsini tələb etdi 09.11.25, 10:03
Rusiyada helikopter qəzası - ölənlər var 08.11.25, 10:26
Yəmənin Ənsarullah lideri İranın regional hadisələrdəki rolunun təhrifinə qarşı xəbərdarlıq etdi 08.11.25, 10:01
Türkiyədə qatil Netanyahunun həbsinə qərar verildi 08.11.25, 09:47
Kreml: Dünya nüvə müharibəsinə hələ yaxınlaşmayıb 06.11.25, 10:53
Dik Çeyni İranın devrilməsi arzusunu qəbrə apardı 06.11.25, 10:14
Məxfi CIA zabitinin etirafları: Biz azlıqları təşkilatlandırırdıq ki, öz ölkələrində üsyana qalxsınlar 06.11.25, 10:08
Tramp: Dünəki seçkilər mənə ümidsiz etdi 06.11.25, 09:59
Hizbullah: İsrail yalnız güc dilini başa düşür 05.11.25, 13:08
Ayətullah Seyid Əli Xamenei İran və ABŞ arasında əməkdaşlıq şərtlərini açıqladı - Foto 05.11.25, 11:24
İsrailin hərbi sənayesi hakerlər tərəfindən ələ keçirilib 05.11.25, 11:05
Məmdani: Mən müsəlmanam və bunun üçün üzr istəmirəm 05.11.25, 10:57
Ənsarullah: Sionistlərlə hər cür ssenarisiyə hazırıq 05.11.25, 10:53
Nyu-Yorkun yeni meri: Netanyahu Nyu-Yorka ayaq basarsa... 05.11.25, 09:39
HƏMAS: Sionist rejimi Qəzzədə 190 dəfədən çox atəşkəsi pozub 05.11.25, 09:35
İran ivrit dilində televiziya kanalı açır 05.11.25, 09:22
New York Times: Trump hökuməti Venesuelaya hücum etmək üçün 3 ssenari nəzərdən keçirir 05.11.25, 09:18
İran: BMT Təhlükəsizlik Şurası ABŞ-ın nüvə silahları sınaq proqramını təcili şəkildə araşdırsın 05.11.25, 09:15
Tramp və Netanyahunun düşməni Nyu-York şəhərinin meri seçildi 04.11.25, 11:31
Trampın xarici siyasətdə diktatorluğu! 04.11.25, 10:01
Amerikalıların 63 faizi Trampı istəmir 04.11.25, 09:49
ABŞ Konqresinin üzvündən Trampa tənqid: Nigeriya, Venesuela və İranla müharibə aparmaq əvəzinə, Amerika xalqını düşün! 04.11.25, 09:46
İsrail mənbələri: Hizbullah daha güclü olub 04.11.25, 09:39
ABŞ-ın milli kəşfiyyat rəhbəri İsrailə səfər edib 03.11.25, 10:09
ABŞ-da əyləncə mərasimində atışma: 9 yaralı 1... 03.11.25, 10:00
Kolumbiya prezidenti: Qəzza dünyanın müqavimət paytaxtıdır 03.11.25, 09:47
Ənsarullah İsraillə birbaşa müharibəyə hazır olduğunu bəyan etdi 03.11.25, 09:27
İsrail ordusunun hərbi prokuroru itgin düşüb 03.11.25, 09:22
Süni intellektin gələcəyi nüvə enerjisinə söykənir! 03.11.25, 09:17
IYLEP, ABŞ-ın iraqlı gənclərə nüfuz yolu 02.11.25, 12:59
Yəlun: Smotriç və Ben-Gvir İsraili məhvə aparır 02.11.25, 12:53
İngiltərədə qatarda hücum - 9 nəfərin vəziyyəti ağırdır 02.11.25, 12:23
Ayətullah Xamenei: Həqiqətləri danışmasanız, düşmən zalımla məzlumun yerini dəyişəcək 02.11.25, 11:04
Rusiyadan minlərlə insan deportasiya edilir 02.11.25, 10:55
İsrailin təhlükəsizlik kameraları kiberhücumla sındırılıb 02.11.25, 10:52
Harrison Ford: Trampdan daha böyük cinayətkar tanımıram 02.11.25, 10:11
Rusiyanın ən sirli nüvə sualtı qayığı sınaq üçün suya buraxılıb 02.11.25, 09:54
"Hənzələ" hakerləri axtarışda olan 10 sionistin fotosunu yaydı 01.11.25, 12:06
Arıqlamağa kömək edən 8... 01.11.25, 11:52
UNIFIL: İsrail Livanla atəşkəs sazişini 9,400 dəfə pozub 01.11.25, 11:30
İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinin evi qarşısında sionist hərbçi özünü yandırıb 01.11.25, 11:24
Sionistlər öz hökumətlərini Amerikanın kuklası hesab edirlər 01.11.25, 11:22
Qrossi: İranın nüvə silahı proqramı yoxdur 01.11.25, 10:15
İlon Maskın atası: Əgər Rusiya Avropanı xilas etməsəydi, indi hamımız alman dilində danışardıq 01.11.25, 10:03
Qəzzada 20 min partlamamış bomba qalmaqdadır 01.11.25, 09:40
İraqda da “peycer” hücumları ola bilərmi? 30.10.25, 11:43
Ukraynalı 100 min gənc iki ay ərzində ölkədən qaçıb 30.10.25, 09:37
Tramp və Şi görüşü birgə bəyanat olmadan başa çatdı 30.10.25, 09:20
"Poseydon" qiyamət silahı sayıla bilər - Medvedyev 30.10.25, 09:19
İki şəhər mühasirəyə alındı - Putindən Zelenskiyə çağırış 30.10.25, 09:15
43 yaşlı qadın bıçaqlanıb


