Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2025

ABŞ-də helikopter qəzası: pilot öldü

ABŞ-ın Ohayo ştatının Portij dairəsində helikopter qəzaya uğrayıb.

Bu barədə "Fox 8" telekanalı məlumat verib.

Hadisə nəticəsində pilotun həlak olduğu bildirilir.

"İstintaq göstərdi ki, "Schweizer 269C" helikopteri su anbarının üstündəki naqillərə ilişib və suya düşüb. Pilot həyatını itirib", - deyə telekanal bildirib.

Qeyd edilib ki, ölən Entoni Cons adlı pilotun 52 yaşı olub. Cəsəd helikopterin qəzaya uğradığı su anbarında tapılıb.
937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP