Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2025

Kanada heç vaxt ABŞ-nin ştatı olmayacaq - Kanadanın yeni Baş naziri

Kanadanın yeni Baş naziri Mark Karni ölkəsinin heç vaxt, heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağını deyib.

Karni ölkənin 24-cü baş naziri kimi and içdikdən sonra jurnalistlərə açıqlama verib.

"Mən açıq şəkildə bildirdim ki, biz heç vaxt heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə kanadalıların çoxunun ölkəsini ABŞ-nin 51-ci ştatı olmasının tərəfdarı olduğunu bildirib.
838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP