Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2025

Şəhid atası İH-in binasında özünü bıçaqlayıb

Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.

Bu barədə şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.

Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib. Fuad Abbasov fevralın 19-da İH-yə müraciət edərək, hamilə qızının Bakı şəhərindəki “Bona Dea” hospitalında müayinəsi üçün pul yardımı istəyib. Pul verilmədiyi üçün bıçaqla özünə xəsarət yetirib.

Fuad Abbasov hazırda xəstəxanadadır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1969-cu il təvəllüdlü şəxs 20 fevral 2025-ci il tarixində saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb:

"Ona qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin verdiyi məlumata əsasən, Fuad Abasovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
05.07.25, 07:56
“TASUA” GÜNÜ
Go to TOP