Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2025

İmam Kazimdən (ə) 10 hədis

1. İmam Kazim (ə) buyurub: “Gözəl qonşuluq, qonşuya əziyyət etməmək deyil; gözəl qonşuluq, əziyyətə dözməkdədir.” (Tuhəful-uqul, səh. 851)


2. İmam Kazim (ə) buyurub: “Ağıllı insan, yalanlamasından qorxduğu şəxsə bir şey söyləməz; rədd edəcəyindən narahatçılıq duyacağı kəsə ağız açmaz, gücü çatmayan şeyi vəd verməz, arzu etməklə qınandığı şeyi arzulamaz və aciz qalacağından qorxduğu işə təşəbbüs göstərməz.” (Tuhəful-uqul, səh. 803)



3. İmam Kazim (ə) buyurub: “İkiüzlü və ikidilli olan bəndə necə də pis bəndədir; qardaşının hüzurunda onu tərifləyər, olmadığı zaman (qeybətini edərək) ətini yeyər; qardaşına bir nemət verildiyində qısqanar, çətinliyə düşdüyündə də onu tək buraxar.” (Tuhəful-uqul, səh. 813; Biharul-ənvar, c. 78, səh. 310)


4. İmam Kazim (ə) buyurub: “İnsanlar əvvəldən bilmədikləri yeni günahlar icad etdikcə, Allah da onlara tanımadıqları yeni bəlalar göndərər.” (Biharul-ənvar, c. 78, səh. 322)



5. İmam Kazim (ə) buyurub: “Hər şeyin bir nişanəsi vardır; ağıllı insanın nişanəsi təfəkkürdür; təfəkkürün nişanəsi susmaqdır. Hər şeyin bir miniyi vardır; ağıllı kəsin miniyi təvazökarlıqdır. Nəhy edildiyin şeyi etməyin, cəhalət baxımından sənə yetər.” (Tuhəful-uqul, səh. 795)


6. İmam Kazim (ə) buyurub: “Kim insanlara qarşı qəzəbinin qarşısını alsa, Allah da qiyamət günü ona qarşı qəzəbinin qarşısını alar.” (Vəsailuş-şiə, c. 11, səh. 289)


7. İmam Kazim (ə) buyurub: “Ey Hişam! Əgər kifayət qədər səni ehtiyacsız edirsə, dünyada ən az şey (sadə yaşayış) sənə bəsdir. Əgər sənə çatacaq qədəri səni ehtiyacsız etmirsə, o zaman dünyada heç bir şey səni ehtiyacsız etməz.” (Tuhəful-uqul, səh. 799)



8. İmam Kazim (ə) buyurub: “Allaha həmd-səna etmədən və Peyğəmbərə salavat göndərmədən əvvəl dua edən, oxsuz kamanla ox atan adama bənzəyir. Allahın verəcəyi mükafata yəqini olan, comərdcəsinə hədiyyə verər. Orta şəkildə (mötədil) davranan, möhtac olmaz.” (Tuhəful-uqul, səh. 835)


9. İmam Kazim (ə) buyurub: “Kim, malsız zənginliyi, ürəyin qısqanclıqdan rahat olmasını və dininin möhkəm qalmasını istəyirsə, dualarında Allahdan ağılının kamil olmasını diləməlidir. Ağılı kamil olan, kifayət qədər olan mala qənaət edər, Kifayət qədər olan mala qənaət edən zəngin olar; kafi olan mala qənaət etməyən isə zənginlik üzü görməz.” (Usuli-kafi, c. 1, səh. 18)


10. İmam Kazim (ə) buyurub: “Ey Hişam! Dili doğru söyləyənin əməli təmiz olar; yaxşı niyyətli olanın ruzisi çoxalar; qardaşlarına və ailəsinə yaxşılıq edənin də ömürü uzanar.” (Tuhəful-uqul, səh. 801)
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP