Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2024

İmam Əli (ə) Hərəmi 2 milyondan çox zəvvar qəbul etməyə hazırlaşır

Həzrət Zəhranın (ə) mövludu ərəfəsində Nəcəfdə İmam Əli (ə) Hərəmi bəzədilib və zəvvarların coşqulu hüzuruna hazır vəziyyətdədir.

İmam Əli (ə) Hərəminə gedən küçələr Həzrət Zəhranın (ə) adına bayraqlarla bəzədilib.

Hərəmin xadimi Seyid Kərrar Fatimə-Zəhranın (ə) mövlud günü ərəfəsində hərəmin 1500-dən çox təbii güllə bəzədiləcəyini bəyan edərək “zəvvarların qarşılanması üçün mokəblər işə salınacağını” deyib.
Ötən il də hərəm bu münasibətlə bəzədildi və 2 milyona yaxın zəvvar qəbul etdi. Hərəmin ətrafında və Həzrət Zəhra (s) adına olan həyətində yemək süfrəsi açıldı.

Bir neçə saat əvvəl hərəmin xadimləri Nəcəf eyvanında xanım Zəhranın adına olan naxışlı kətibə parçanı quraşdırdılar.

Həzrət Zəhranın (ə) mövludu İmam Əli (ə) Hərəmində şənbə günü (21 dekabr) məğrib və işa namazlarından sonra qeyd olunacaq. Nəcəfin 2 milyondan çox zəvvar qəbul etməyə hazırlaşdığı bildirilir.
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP