Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2024

Həzrət Fatimənin (ə) vəsiyyətlərindən

1. Həzrət Fatimə (ə) İmam Əliyə (ə) belə vəsiyyət etdi: “Sənə vəsiyyət edirəm ki, mənə zülm еdənlər və haqqımı qəsb edənlərin hеç biri mənim dəfnimdə iştirak etməsinlər. Çünki onlar mənim və Allahın Rəsulunun (s) düşmənləridir.” (“Bihar əl-ənvar”, c. 43, səh. 191; “Nəhc əl-həyat”, səh. 330)

2. Həzrət Fatimə (ə) İmam Əliyə (ə) belə vəsiyyət etdi: “Məni gеcə ikən, gözlər yuxuya getdiyi və hər kəsin yatmış olduğu vaxt dəfn edərsən.” (“Bihar əl-ənvar”, c. 43, səh. 191; “Nəhc əl-həyat”, səh. 330

3. Həzrət Fatimə (ə) İmam Əliyə (ə) vəsiyyət edərək dedi: “Mən vəfat etdikdən sonra kəfən və qüsl işlərimi öhdənə götür. Mənə namaz qıl və məni qəbrə qoy. Məni dəfn et və qəbrimə torpaq tök, qəbrimin torpağını yerlə bir səviyyədə et (qəbrimin izini itir). Sonra qəbrimin yanında mənim üzümlə üzbəüz əyləşib çoxlu Quran oxu və dua et. Çünki ölülərin bu zamanda dirilərlə ünsiyyət qurmağa ehtiyacları vardır.” (“Bihar əl-ənvar”, c. 79, səh. 27; “Nəhc əl-həyat”, səh. 326)

4. Həzrət Fatimə (ə) vəsiyyət edərək deyir: “Ey Əbul-Həsən! Sənə vəsiyyət edirəm ki, məni unutmayasan, vəfatımdan sonra məni davamlı olaraq ziyarət edəsən.” (“Fatimənin kəlamlarının ensiklopediyası”, səh. 270)
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP