Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2024

İmam Həsən Əskərinin (ə) uşaqlıq dövründə Allaha diqqəti

Bəhlul deyir: İmam Həsən Əskəri (ə) uşaq olduğu bir vaxtlar gördüm. Bir dəstə uşaq oynayırdı, o isə uşaqlara qoşulub oynamır, narahat gözə dəyir və ağlayırdı. Elə düşündüm ki, onun da uşaqlar kimi oyuncağı olmadığı üçün ağlayır. Yaxın gedib həzrətə dedim:
- Əgər oyuncağın yoxdursa, mən sənin üçün onu tapım.
Həzrət buyurdu: - Biz oyun üçün yaradılmamışıq.
- Bəs nə üçün yaranmışıq?
- Elm və ibadət üçün.
- Elm və ibadət üçün yaranmağımızı haradan bilirsən?
- Allah Quranda buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”
- Xahiş edirəm, mənə nəsihət edin.
İmam nurani sima və mələkuti bir əhvalla çox gözəl və mənali bir şeirlə mənə nəsihət etdi.
Şeir(in məzmunu) belədir:
“Dünyanı görürəm ki, qoyub getməyə hazırlaşır. Ayaqlarını götürərək sürətlə hərəkət edir. Nə dünya dirilər üçün əbədidir, nə də dirilər bu dünyada qalmayacaq. Ölüm və xoşagəlməz hadisələr dünyada hamını ötüb keçirlər və cavanların canını almaq üçün tələsirlər.
Bəs, ey dünyaya məğrur olmuş və aldanmış, sakit ol! Dünyanın nemətlərindən axirət üçün möhkəm azuqə topla.”

“On dörd məsumun həyatı” kitabından
1819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP